İmam Zamanın (ə.f) hüzüründa əbası ilə hərəmi süpürən alim
Mьəllif: admin1
Tarix: 9-10-2021, 22:36
İmam Zamanın (ə.f) hüzüründa əbası ilə hərəmi süpürən alim
Mərhum Hacı Muhəmmədrza Şəqazadə güclü xətiblərdən biri olmuşdur ki, nəql edir:

“Bir gün böyük alim olan Hacı Molla Əli Həmədaninin xidmətinə getmişdim. Ondan Həzrət Zeynəbin (s.ə) hərəmi barəsində soruşdum və alim dedi:

“Bir gün mərhum Ayətullah Ziya İraqi buyurur: “Qətif Əhli-Beyt (ə) davamçılarından olan bir nəfər İmam Rzanı (ə) ziyarət etmək üçün İrana gedir. , yolda pulunu itirir.


Bu çətinliyini aradan qaldırmaq üçün İmam Zamana (ə.f) təvəssül edir. Bu zaman nurani bir seyyidi görür ki, ona müəyyən miqdarda pul verib, deyir:

“Bu məbləğ səni Samirraya çatdıracaqdır. Elə ki, Samirraya çatdın, Hacı Mirzə Həsən Şirazinin yanına get və ona de:

Seyyid Məhdi (ə) deyir ki, bu qədər pulu mənim tərəfimdən sənə versin ki, səni Məşhədə çatdırsın.

Əgər o, nişanə istəsə, de: “Bu il yay fəslində siz Hacı Molla Əli Tehrani ilə bibim Zeynəbim (s.ə) hərəminə getmişdiniz. İnsan toplumunun çoxluğu səbəb olmuşdu ki, bibimin hərəmi çirklənsin.

Siz əbanızı çiyninizdən götürüb, onunla hərəmi süpürdünüz və Hacı Mirzə Tehrani də zibilləri yığdı. Mən də sizin yanınızda idim”.

Qətifli mömin nəql edir: “O zaman ki, Samiraya çatdım, mərhum Şirazinin yanına gedib, olanları ona danışdım.

Özündən ixtiyarsız halda göz yaşı tökdü və əlini çiynimə qoydu. Gözlərimdən öpdü və məni təbrik etdi. Mənə lazım olan məbləği verdi və Tehrana gəldim.

Hacı Ağa Tehraninin xidmətinə getdim və bu hadisəni ona danışdım. O, da təsdiq etdi və çox təsirləndi””.

Allah Təala bizlərə bu məqamı dərk etməyi nəsib etsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930