Aşura dostlarının 2 mühüm xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 10-08-2022, 09:53
Aşura dostlarının 2 mühüm xüsusiyyəti
Aşura dostlarının xüsusiyyətləri hər birimiz üçün örnək olmalıdır. Onlarla tanış olaq:

1. Möhkəm iman. O zaman ki, İmam Hüseyn (ə) yuxu görür və oyanandan sonra deyir: “İnnə lillah və unnə ileyhi raciun”,

Əli Əkbər ağa atasından bu sözü nə üçün dediyini soruşur. Həzrət Hüseyn (ə) buyurur: “Yuxuda gördüm ki, bir atlı deyir: “Bu karvan ölümə tərəf gedir””.

Əli Əkbər ağa atasına deyir: “Atacan, məgər biz haqlı deyilik?”.

İmam (ə) buyurur: “Əlbəttə ki, haqlıyıq”.

Əli Əkbər ağa deyir: “Belə olan halda, haqq yolunda ölüm qorxumuz yoxdur”.

Bəli, bu möhkəm iman – Aşura dostlarına aid olan imandır. Möhkəm bir dağa bənzəyir ki, heç bir tufan ona təsir edə bilmir.

2. Bəsirət. Əməvi hökuməti İmam Hüseynə (ə) qarşı güclü təbliğat aparırdı. Hətta bəzi insanlar bu siyasətin təsiri altında İmamın (ə) qiyamının əleyhinə sözlər deyirdilər.

Ancaq Aşura dostlarının bəsirəti bu zaman özünü göstərdi və onlar bu qiyamı müdafiə edib, onun əleyhinə olanlara lazımlı cavablar verməyə başladılar.

Bəsirət əhli yaxşı bilirdi ki, İmamın (ə) mübarək başını kəsən bu məlun Şimr bir gün Siffeyn döyüşündə vuruşmuş və yaralanmışdı. Yəni, elə bir insan idi ki, bir gün İslamın cərgəsində qərar tuturdu, bir gün də onun əleyhinə.

Şəhid Mütəhhəri buyurur: “Şimr (lən) bir neçə yüz il əvvəl ölmüşdür, bu günün Şimrini tanımağa çalış”.

Ona görə də cavanlar agah olub, bu günün Şimrlərini tanımalı və onlara qarşı ayıq olmalıdırlar.

Allah bütün Aşura şəhidlərinə xatir aqibətimiz xeyirli etsin, bizi vilayət bayrağının altında qərar tutanlardan qərar versin! Amin!

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930