Evlənməyin haram olduğu şəxslər
Mьəllif: admin1
Tarix: 28-02-2024, 11:53
Evlənməyin haram olduğu şəxslər
Ailə qurmaq Peyğəmbər (s) sünnəsidir.

İslam dini öz zühuru ilə ailəyə dəyər verdi, onun əhəmiyyətini, evlənməyin zəruriyyətini, övlad dünyaya gətirib, ona düzgün tərbiyyə verib, cəmiyyətə sağlam cüssəli, sağlam düşüncəli fərd verməyin mühümlüyünü ortaya qoydu. İnsanları evlənməyə və sağlam ailə təməli qurmağa sövq etdi.

İnsan ailə qurarkən diqqət etməli ilkin mərhələ hallalıq məsələsidir ki, kişi ilə qadın arasında halallıq bağı olsan. Bir neçə yolla nisanlar arasında evliliyə maneə olan haramlıq yaranır:

Nəsəb (qohumluq)

Südvermə

Evlilik

Nəsəb (qohumluq) yolu ilə haram olan hallar:

1-Ata-ana və yaxarı getdikcə (məsələn-ata,baba, onun atası,onun atası və yaxun anası...)

2-Övladlar və aşağı getdikcə (məsələn-övlad,nəvə,nəticə...)

3-Bacı-qardaş və övladları...

4-Əmi,dayı, xala, bibi (yuxarı getdikcə.Məsələn-xalanın xalası...)

Süd vermə yolu ilə də haramlıq yaranır. Bu da nəsəb qohumluğu kimi eyni sillsilə ilə haram olur. Amma bunun xüsusi şərti vardır ki, fiqh kitablarında süd vermənin şərti və miqdarı qeyd olunub.

Evlilik nəticəsində haramlıq yaranır ki, kişi artıq bu şəxslərlə evlənə bilməz:

1- Qaynana (yuxarı getdikcə-anasının anası...)

2- Qadının qızı (Aşağı getdikcə-qızının qızı...)

3- Qaynatasının arvadı ( və o xanımın nəsəb qohumu qadınlar)

4- Oğlunun qadını (aşağı getdikcə-onun qızı,qızının qızı...)

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031