Elə insanlar vardır ki, 50 yaşları olsa belə yenə də uşaqdırlar
Mьəllif: admin1
Tarix: 10-09-2021, 23:00
Elə insanlar vardır ki, 50 yaşları olsa belə yenə də uşaqdırlar
Böyük ustad Ayətullah Cavad Amili əxlaq dərslərindən birində insan ömrünün həqiqi meyarı ilə bağlı çox mühüm və həyati əhəmiyyətli nöqtələrə toxunub.

“Əgər bir adam desə ki, mənim 50 yaşım var və 50 yaşa çatmışam bu yanaşma onun səciyyələndirməsidir. Hər kəs öz vəsfi və yanaşmasına uyğun bu məsləyə yanaşır.

Əgər “50 yaş nə deməkdir” – sualını soruşsan cavabında deyər ki, 50 il. Yəni günəş yerin ətrafına 50 dəfə dolanıb və 50 yaşına çatmışam.

Bu o deməkdir ki, sən hərəkət etməmisən, yer hərəkət edib. Yox əgər sən 50 addım atsaydın, yaxud 50 mövzu, 50 mərhələ keçsəydin, o zaman sənin 50 yaşın olardı.

Belə olan halda sən 50 yaşlı balacasan. Bu fırlanma sənin yaşamağın yox, yerin fırlanmasıdır.

Öz yaşımızı, inkişafımızı yerin fırlanması ilə yox öz hərəkətimizlə hesablayaq.

İnsanın yaşı onun əxlaqı, əməlləri ilədir. Əgər insan əməllərində, əxlaqında,elmində irəliləyibsə o zaman böyümüş sayılır. Əks halda hələ də kiçik və uşaq sayılır.”


Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031