İmam Əli (ə) vilayəti Allah tərəfindən təyin edilmişdir və hər bir müsəlmanın ona itaət etməsi vacibdir
Müəllif: admin1
Tarix: 29-07-2021, 09:40
İmam Əli (ə) vilayəti Allah tərəfindən təyin edilmişdir və hər bir müsəlmanın ona itaət etməsi vacibdir
Həzrət Peyğəmbərin (s) məşhur Qədir-Xum xütbəsində oxuyuruq ki, Həzrət (s) buyurur: “Əmirəl-mömin inə (ə) itaət etmək – hamıya vacibdir.

Mühacir və ənsardan tutmuş tabe olanlara qədər, hazır olanlardan qaib olanlara qədər, ərəbdən əcəmə qədər, azad insandan tutmuş qula qədər, kiçikdən tutmuş böyüyə qədər, ağdan tutmuş qaraya qədər və hər kim Təkallahlıdır, hər kim “Lə iləhə illəllah” şəhadətini demiş olsun – haqqın vəlisi və rəhbərinə itaət olunmalıdır sonsuza qədər”.

Əllamə Təbatəbai imamət və vilayət mövzusu ilə bağlı bu ayəyə istinad etmişdir. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?». Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz». (“Bəqərə” 124).

Alim buyurur: “Bu ayədən belə nəticəyə gəlmək olur ki, İlahi rəhbəri Allah təyin edər, nə seçim və nə də şura”.

Həzrət Peyğəmbər (s) buyurur: “Güman etməyin ki, Əlini (ə) sizin İmam və vəliniz olaraq mən təyin etmişəm. Mən başqa yerdən gəlib başqa Kəsin dilindən danışıram”.

Həzrət (s) buyurur ki, Əlini (ə) İmam və vəli olaraq o, təyin etməmişdir, onu təyin edən Kəs – Allahdır.

Həzrət (s) bu xütbənin davamında buyurur: “Axırıncı dəfədir ki, insanlar üçün söhbət edirəm. Ona görə də eşidin və itaət edin. Allah sizin həm Allahınız və Pərvərdigarınız və həm Mövlanız və Rəhbərinizdir.

Allahdan sonra sizin rəhbəriniz Allahın əmri ilə mənəm ki, sizinlə söhbət edirəm. Məndən sonra Əli (ə) – sizin vəliniz və imamınızdır.

Halal odur ki, Allah, Rəsulu (ə) və İmamlar (ə) halal bilər. Haram odur ki, onlar haram bilər”.

Həzrət Peyğəmbər (s) bu xütbənin əvvəlində Əlini (ə) öz qardaşı elan edir və onunla nə qədər yaxın olduğundan danışır. Belə ki, bu kəlamlardan hesab etmək olurdu ki, sanki onlar bir ata və anadan dünyaya gəlmişdilər.

Ondan sonra İmam Əlini (ə) öz vəsisi və canişini elan edir və sonra aydın dəlillər gətirir ki, İmamı Peyğəmbər (s) təyin etməz.

İlahi rəhbəri təyin etmək Allah tərəfindən olar. İmam Əli (ə) – onun ümmətinin vəlisidir və Peyğəmbər (s) ümməti o ümmətdir ki, Qiyamətə qədər bütün müsəlmanlara şamil edilir.

Ona görə də deyə bilərik ki, İmam Əli (ə) vilayəti – Allah tərəfindən təyin edilmiş bir vilayətdir və hər bir müsəlmanın ona itaət etməsi vacibdir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031