Şükür namazının qılınma qaydası?
Mьəllif: admin1
Tarix: 14-08-2019, 07:33
Şükür namazının qılınma qaydası?
Namaz insanı rəbbinə yaxınlaşdıran əsas əməllərdən biridir. Allah Rəsulu (s) buyurub: Namaz dinin sütunudur. Müsəlmanlar öz dinlərini namazla qoruyurlar. Namaz hifz edilib qorunularsa, din və dinin digər əməlləri də qorunar.

Digər əməllər də diqqət mərkəzində olar. Çünki bir çox əməllər vardır ki, namazla bağlıdır. Namaz öz ardınca həmin əməlləri tələb edir. Beləcə müsəlman namazı qorumaqla dinin dirəyini qorumuş olur.

Bəzi namazlar vacib, bəziləri isə müstəhəbdir (savabdır). İnsan hər hansı bir istəyi olanda, yaxud istədiyi bir vaxta rəbbi ilə münacat edib Ona yaxın olmaq istəyəndə adi iki rəkətli namaz qıla bilər.

Şükür namazı da bu qəbil namazlardandır. İnsan istəsə adi iki rəkətli namaz qıla bilər.

Həmçinin İmam Sadiqdən (ə) tövsiyyə olunmuş iki rəkətli namaz vardır ki, belə buyurulub:

Rəbbindən sənə bir nemət yetişdikdə iki rəkət namaz qıl. Birinci rəkətdə Həmddən sonra “ Qul huvəllau əhəd” surəsini, ikinci rəkətdə isə Həmddən sonra Kafirun surəsini oxu.

Birinci rəkətin rüku və səcdələrində belə de: الْحَمْدُ للهِ شُکْراً شُکْراً وَ حَمْداً
Əlhəmdu Lillah. Şukran.Şukran və həmdən.

İkinci rəkətin ruku və səcdələrində de: الْحَمْدُ للهِ الَّذِی اسْتَجَابَ دُعَائِی وَ أَعْطَانِی مَسْأَلَتِی
Əl həmdulillahil ləzi istəcabə duai və ətani məsələtii (Həmd olsun Allaha ki, duama cavab verdi və mənə istədiyimi əta etdi).


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031