İmam Baqirin (ə) həcci
Müəllif: Admin
Tarix: 11-08-2019, 23:50
İmam Baqirin (ə) həcci
İmam Muhəmməd Baqir (ə) o zaman ki, Allah Evinin ziyarətinə gedər və həcci yerinə yetirərdi, dünya əlaqələrindən kamil şəkildə əlini üzərdü və Allaha tərəf meyil edərdi. Təvazö və bəndəliyin nişanəsini üzündən oxumaq olardı.

İmam Baqirin (ə) xidmətçisi Əfləh nəql edir: “Mən İmam Baqirlə (ə) birlikdə həccə getmişdim və o zaman ki, İmam (ə) Məscidul-harama qədəm basdı, İmamın (ə) ağlamaq səsi ucaldı.

Həzrətə (ə) dedim: “Atam-anam sizə fəda olsun! İnsanların hamısı sizi gözləyirlər. Əgər ağlamaq səsinizi bir qədər aşağı salsanız, yaxşı olardı”.
İmam (ə) mənim sözlərinə etina etmədi və buyurdu: “Vay olsun sənə, ey Əfləh! Mən ağlamaq səsimi ona görə ucaldıram ki, Allah mənə rəhmət nəzəri salsın və mən bu rəhmət nəzərinə görə Qiyamət günü xilas olum”.

Sonra İmam (ə) Kəbə evini təvaf etdi və İbrahim (ə) məqamının arxasına keçib namaz qıldı. O zaman ki, namazı sona çatdı, gördüm ki, səcdəgahı göz yaşlarından yaş olmuşdur”.

Həcc səfərlərinin birində hacılar Həzrəti (ə) dövrəyə almışdı. İmama (ə) həclə bağlı suallar verirdilər. İmam (ə) da onlara kamil şəkildə cavab verirdi.

İnsanlar İmamın (ə) cavablarından heyrətə gəlirdilər. İnsanların arasında bir nəfər soruşdu ki, bu insan kimdir? İmamın (ə) səhabələrindən bir nəfər ayağa qalxdı və dedi: “Agah olun, o, Peyğəmbər (s) elmini açan və yolları aşkar edəndir. O, ən yaxşı insandır ki, Nuh gəmisinin sərnişinlərindəndir. O, dəyərli Fatimeyi-Zəhranın (ə) övladıdır.

O, Allahın yer üzərində qalmışıdır. O, varlıq aləminin sirdaşları olan Həzrət Muhəmməd (s) və Xanım Xədicənin (s.ə), Həzrət Əli (ə) ilə Xanım Fatimənin (s.ə) övladıdır. O, Allah dininin çırağını alovlandırandır”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031