Bu cəza – Allah bəndəsinə verilən ən şiddətli cəzadır
Mьəllif: admin1
Tarix: 17-06-2022, 11:11
Bu cəza – Allah bəndəsinə verilən ən şiddətli cəzadır
İmam Baqir (ə) buyurur: “Allahın (günah qarşısında) ruh və cismə cəzaları vardır: ruzi çətinliyi, ibadətdə süstlük. Ancaq Allah heç bir bəndəsini daş ürəklilik kimi şiddətli cəza ilə cəzalandırmamışdır”.
Həqiqətdə Allahın cəzası insanın öz pis əməlinin məhsuludur. Bu cəza bəzən özünü maddi həyatda göstərir və insan ruzi çətinliyi çəkir.

Bəzən də ibadətə qarşı süstləşir və Allahla münacat etməyin ləzzətini itirir.

Ancaq bütün bunların ən təhlükəlisi odur ki, insanın günahlarının cəzası qəlb qəsavəti şəklində təzahür etsin. O zaman ki, qəlb qəsavət bağlayar və daş parçasına çevrilər, hər cür insani hisslərdən və həmdərd olmaqdan uzaqlaşar – insan öz insanlığını əldən verər.

Bu ağır cəza – insanın günahların müqabilində özünə qazandığı ən şiddətli cəzadır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031