Həqiqi təbibin dərmanları zahirən acı da olsa, mahiyyətcə şirindir
Mьəllif: admin1
Tarix: 27-08-2017, 10:03
Həqiqi təbibin dərmanları zahirən acı da olsa, mahiyyətcə şirindir
Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqi təbib – Allahdır. Ola bilsin ki, bəzi şeylər sənin üçün yaxşı olsun ki, (ancaq) başqaları ondan ziyan görsün”.
Bəzən insan həyatında acı hadisələrlə rastlaşır, ancaq bilmir ki, bu hadisələr onun üçün xeyirlidir. Bəzən də elə yaxşı hadisələr baş verir ki, başqalarına ziyan vurduğumuzdan qafil oluruq.

Ancaq Allah – həqiqi təbibdir və bəndələrinə nəyin xeyirli olduğunu yaxşı bilir. Ona görə də insan gərək acı hadisələri elə də pis qarşılamasın.

Bu hadisələr acı olsa da, ancaq dərman xüsusiyyətinə malikdirlər. Bəzən insanı qəflətdən oyadır, bəzən insanın nə qədər zəif varlıq olmasını dərk etməsinə yardım edir, bəzən də yersiz qürurunun aradan getməsinə səbəb olur.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31