Ailəyə məhəbbət insanın imanını artırar
Mьəllif: admin1
Tarix: 11-11-2021, 10:11
Ailəyə məhəbbət insanın imanını artırar
Həzrət Peyğəmbər (s) buyurur: “Övladlarınızı çoxlu öpün, çünki hər öpüşdə sizin üçün dərəcə vardır”.

Övladı öpmək valideyn ilə uşaq arasında səmimi bağları möhkəmləndirər və məhəbbəti artırar. Eyni zamanda həmin uşağın cəmiyyətdəki həyatında daha sağlam ruhiyyəyə malik olmasına səbəb olar.

Hüccətil-İslam Fatimi Niyanın övladı nəql edir: “Bir gün atamla mühüm bir məclisə getmək istəyirdik. Bayıra çıxan zaman gördüm ki, atamın əbası yoxdur.

Dedim: “Atacan! Əbanız haradadır?”.

Dedi: “Anan yatmışdı və mən də əbanı onun üstünə örtdüm”.

Dedi: “Axı əbasız getmək abrımızı aparar”.

Atam dedi: “Əgər mənim abırım o əbadadırsa və onu götürmək ananın yuxudan ayılmasına səbəb olacaqsa – nə o əbanı istəyirəm, nə də o abırı”.

İnsanın öz həyat yoldaşına və övladlarına olan sevgisi imanına təsir qoyar. Belə ki, İmam Sadiq (ə) buyurur: “Kişinin həyat yoldaşına sevgisi hər nə qədər çox olarsa, imanının fəziləti artar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031