Borcu alıb, qaytarmaq niyyəti olmayan oğru hökmündədir
Mьəllif: admin1
Tarix: 24-11-2021, 11:26
Borcu alıb, qaytarmaq niyyəti olmayan oğru hökmündədir
Nəql edilir ki, Peyğəmbərin (s) zamanında bir kişi dünyasını dəyişir ki, iki dinar borcu var idi.

Peyğəmbərə (s) xəbər göndərirlər ki, gəlib meyit namazı qılsın. Ancaq Həzrət (s) namaz qılmaqdan imtina edir, çünki həmin şəxs borclu halda vəfat etmişdi.

Əbu Səmamə nəql edir ki, İmam Cavada (ə) belə bir sual verdim:

“Həccə getmək istəyirəm, ancaq bir nəfərə borcum vardır. Nə buyurursunuz?”.

Həzrət (ə) buyurdu: “Get borcunu əda et. Ehtiyatlı ol ki, Allahla boynunda borc olan halda görüşməyəsən. Həqiqətən, mömin xəyanət etməz”.

İbni Vəhəb nəql edir: “İmam Sadiqə (ə) dedim: “Bizə xəbər gəlib çatmışdır ki, ənsardan olan bir nəfər ölmüşdür, o halda ki, borcu var idi.

Peyğəmbər (s) də ona namaz qılmamışdı və buyurmuşdu: “Siz insanlar da ona namaz qılmayın o zamana qədər ki, borcunu ödəsinlər””.

İmam (ə) buyurdu: “Doğrudur”.

İmam Sadiq (ə) buyurur: “Borcunuzu yüngülləşdirin ki, borcun yüngül olmasında ömrün uzun olması vardır”.

İmam Sadiq (ə) buyurur: “Oğrular üç nəfərdirlər: o kəs ki, zəkat verməkdən çəkinər, o kəs ki, qadınların mehriyyəsini yeməyi halal bilər və onu əda etməkdən çəkinər, o kəs ki, pulu borc alar və onu əda etmək niyyətində olmaz”.

İmam Sadiq (ə) buyurur: “Ey Yunus! Hər kim möminin haqqını həbs edər, Allah Qiyamətdə onu 500 il ayaq üstünə saxlayar ki, tərindən bulaqlar axar.

Allah tərəfindən olan bir carçı car çəkər: “Bu, həmin o zalımdır ki, möminin haqqını həbs etmişdir”.

40 il onu cəzalandırarlar, sonra fəryad çəkərlər ki, onu atəşə tərəf aparsınlar”
.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031