Dindarın küfrə ən çox yaxın olduğu zaman
Mьəllif: admin1
Tarix: 18-08-2017, 09:56
Dindarın küfrə ən çox yaxın olduğu zaman
Dini təlimata əsasən ən böyük günahlardan biri də din qardaşının eyb-iradlarını ifşa etməkdir. Təbii ki bunun səbəbi həsəd və kin-küdurətdə dayanır. Bu o deməkdir ki din qardaşına qarşı bu işə əl atırsansa kin-küdürət və həsəd bəlasından qurtulmamısan.

Dini təlimatına əsasən din qardaşının eyb və iradlarını yalnız onun özünə deyə bilərsən. Bu da qaydasında deyilməli, səmimilik, nəsihət və tövsiyə atmosferində baş tutmalıdır. Hətta dost bu eyblərin deyilməsi zamanı qarşı tərəfdə qərəzin olmadığını əldə etməlidir.

Necə ki hədisdə buyurulur: "Mənim ən sevimli dostum eyblərimi mənə hədiyyə edəndir."

Amma bəzən din qardaşı haqda bəzi ittihamları eşidirik və özü də bu ittihamlar ictimaiyyət arasına çıxarılır. Bunun cəzası təsəvvür edilməyəcək qədər böyükdür.

Elə isə biz din qardaşın səhvlərini və eyblərini gördükdə nə etməliyik? Birinci növbədə ona deməsək də onu gizli saxlamalı və yaddan çıxarmalıyıq. Amma o eybin üzərində köklənib, onu bir gün ifşa etmək məqsədilə yadda saxlamağa çalışarsaq bu məzəmmətedici hədis bizim halımıza şamil olar.

İmam Baqir buyurur: "İnsanın küfrə ən yaxın halı din qardaşının xətalarını ona (bir gün) məzəmmət etmək üçün yadda saxlamasıdır."


(İslaminsesi)
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30