Quranda Dəhvül-ərz günü barədə
Mьəllif: admin1
Tarix: 17-07-2020, 10:42
Quranda Dəhvül-ərz günü barədə
Zildiqə ayının 25-i – tarixi Yerin yaranma günü, yəni Dəhvül-ərz günü kimi məşhurdur. Bu günü Allah Yer üzünü sərmişdir. Belə ki, Quran bu haqda buyurur: “Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı”. (“Naziat” 30).

Bu mübarək günə xas dua vardır ki, deyirik: “Ey o Allah ki, Kəbə evini döşədin, dənələri açdın (cırtlatdın), çətinlikləri aradan apardın! Səndən günlərin içərisində böyük hesab etdiyin bu gündə istəyirəm ki, hər bir çətinlik və giriftarlığımı aradan aparasan”.

İmam Rzanın (ə) buyurduğuna görə, bu gündə Həzrət İbrahim (ə) və Həzrət İsa (ə) dünyaya gəlmişdilər. Həmçinin İmam Zaman ağanın (ə.f) qiyam edəcəyi vaxt kimi göstərilmişdir.

Dəhvül-ərz günü dörd mübarək günlərdən biridir ki, həmin gündə oruc tutmaq yetmiş ilin orucunun savabına malikdir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031