Allaha yaxın olmağın tək yolu
Mьəllif: admin1
Tarix: 14-08-2017, 21:44

 İmam Baqir (ə) Cabir Cəfiyə buyurur: "Mənim salamımı davamçılarıma çatdır və onlara de ki, bizimlə Allah arasında qohumluq yoxdur. Allaha yaxın olmağın tək yolu – Onun əmrlərinə itaət etməkdir”

Bəziləri belə güman edirlər ki, əgər Əhli-Beyt (ə) davamçısıdırlarsa və Peyğəmbər (s) nəslini sevirlərsə, səadətləri üçün kifayətdir. Sanki bu iddiaları ilə İmamlara (ə) qohumluq əlaqəsi qurmaq istəyirlər. Elə bilirlər ki, sanki İmamların (ə) Allahla xüsusi qohumluğu vardır. Ancaq bilmirlər ki, Xaliq ilə xəlq arasında hakim olan tək əlaqə - bəndəlikdir, dindarlıqdır.

Hər kim Allahın əmrlərinə itaət edər – Ona yaxın olar. Hər kim üsyan edər – Ondan uzaqlaşar. Fərqi yoxdur ki, kimdir.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31