Dünyadan pak gedən şəhidlərin sırasında olar
Mьəllif: admin1
Tarix: 11-07-2019, 00:01
Dünyadan pak gedən şəhidlərin sırasında olar
Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, dünyadan pak gedərsən, şəhidlərin zümrəsində olarsan”.

Peyğəmbərimiz (s) bu nurani sözlərini tərəfdaşlarından olan Ənəsə buyurur və ona belə nəsihət verir: "Əgər gecəni və gündüzü dəstəmazlı ola bilsən, belə et. Çünki əgər bu halda dünyadan getsən, şəhid olacaqsan”.

Hədisdə pak olmaq deyildikdə dəstəmaz nəzərdə tutulsa da, deyə bilərik ki, bu sözün mənası daha genişdir. Pak olmaq deyildikdə, dünyada pak yaşamaq və pak olanlara əməl etmək nəzərdə tutulur. O kəslərin ki, ətəkləri pakdır, qəbləri pakdır, həyatları və fikirləri pakdır – bu halda dünyadan gedərlərsə şəhildərin cərgəsinə qoşularlar.

Şəhadət ancaq döyüş meydanında öldürülmək demək deyildir. Məsumlardan (ə) gələn hədislərimiz də bu həqiqəti təsdiq edirlər.

Şəhadətin iki mənası vardır: xüsusi və ümumi. Xüsusi mənası odur ki, insan Allaha xatir Onun yolunda qətl edilər və canından keçər. Ümumi mənası isə odur ki, insan bütün ömrü boyu İlahi vəzifələrini yerinə yetirər və zalımlarla, şər insanlarla mübarizə aparar. Bu vəzifələrini yerinə yetirən zaman ölər və bu insan da şəhid sayılar.

Belə ki, Peyğəmbərimiz (s) buyurur: "O kəs ki, elm, təhsil almaq yolunda ölər – şəhid ölmüş olar”.

İmam Əli (ə) buyurur: "O kəs ki, öz yatağında dünyadan gedər, amma Allahın haqqına mərifəti olar, Peyğəmbərə (s) və Əhli-Beytinə (ə) həqiqi mərifəti olar – dünyadan şəhid getmiş olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031