Sərçə İmam Rzaya (ə) kimdən şikayət etdi?
Mьəllif: admin1
Tarix: 11-06-2022, 10:19
Sərçə İmam Rzaya (ə) kimdən şikayət etdi?
İmam Rzanın (ə) şəhərin kənarında bir bağı var idi və bəzən istirahət etmək üçün ora gedərdi.

İmamın (ə) səhabələrindən olan Süleyman nəql edir: "Bir gün mən də İmamla (ə) birlikdə o bağa getdim. Zöhrə yaxın kiçik bir sərçə qorxan halda qanad çaldı və İmamın (ə) yanında əyləşdi. Sərçənin dümdüyü açılıb bağlanırdı.

Qəribə səslər çıxardırdı. Sanki öz cik-cik səsi ilə nəyisə deyirdi.

İmam (ə) üzünü mənə tutub buyurdu: "Süleyman! Bu sərçənin eyvanın tavanı altında yuvası vardır. Zəhərli bir ilan cücələrinə hücum etməkdədir. Tez onlara yardım et!”.

İmamın (ə) bu sözlərini eşidib ayağa qalxdım və uzun bir çubuq götürdüm. Eyvanə tərəf elə sürətlə qaçdım ki, ayağım eyvanın pillələrinə ilişdı və az qalmışdı ki, yıxılım.

Bu zaman təəccüblə soruşdum: "Siz o sərçənin nə dediyini necə başa düşdünüz?”.

İmam (ə) buyurdu: "Mən Allahın hüccətiyəm. Bu kifayət deyildir?””.

Allah Təala bizlərə İmamı (ə) dərk etmək tövfiqini nəsib etsin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031