İmam Rzanın (ə) öz zəvvarlarına köməyi
Mьəllif: admin1
Tarix: 22-06-2021, 23:49
İmam Rzanın (ə) öz zəvvarlarına köməyi
Həzrəti İmam Rzadan (ə) rəvayət olumuş hədisdə öz zəvvarlarının əlindən tutacağı barədə məlumat var. İmam (ə) bir neçə çətin mərhələlər var ki orada Mütəal Allahın izni ilə öz zəvvarı olmuş kəslərin köməiynə yetişəcək.

Bu barədə mötəbər mənbələrdə qeyd olunur. Hətta Əhli Sünnənin böyük alimlərində olmuş Hakim Nişaburi özünün Tarixi Nişabur kitabında ( səh-27) etiraf edir ki, İmam Rza (ə) insanlar üçün vəhşətli olacaq qiyamət günündə Allah Taalanın izni ilə öz zəvvarı olmuş kəslərə kömək əlini uzadacaq.

İmamdan (ə) nəql olunmuş hədisdə buyurulur:

Hər kəs uzaq olmasına baxmayaraq məni ziyarət edə, qiyamət günü üç yerdə onun yanına (köməyinə) gələrəm və onu qorxudan, çətinlikdən qurtararam. Əməl dəftəri sağ və ya sol əlinə veriləndə, Sirat körpüsünü keçəndə və mizan tərəzisində əməli ölçüləndə.

Şeyx Səduq Əmali kitabında nəql edir (səh-119): Bəzənti deyir: İmam Rza (ə)dan eşitdim, buyurdu: Dostlarımdan hər kim arifanə şəkildə mənim ğörüşümə gəlsə qiyamət günündə mən ona şəfaət edəcəm.

İmam Baqir (ə) babasından nəql edir ki, Əmirəl Möminin Əli (ə) Peyğəmbərdən (s) nəql edib ki: Allah Rəsulu (s) buyurdu: Mənim bədənimin bir parçası Xorasanda dəfn olunacaq. Hər bir çətinliyə düçar olmuş onu ziyarət etsə Allah ona rahatlığ verər. Hər bir günahkar onu ziyarət etsə Allah onun günahlarını bağışlayar (Uyuni-Əxbari-Rza. 2:257) ( Əmali Səduq-119).

Hədislərdən göründüyü kimi İmam Rzanın (ə) ziyarətində kəramət vardır. Ziyarət insanın həm dünya, həm axirət həyatında dərin iz buraxır. Mütəal Allahın izni ilə dünyada insana mənəvi yüksəliş, günahların bağışlanması, çətinliklərin həlli, axirətdə isə hədisdə qeyd oluna 3 yerdə insanın dadına yetir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930