Şeyx Fəzlullah Nurinin dar ağacından asılarkən dediyi son söz
Mьəllif: admin1
Tarix: 6-02-2021, 22:13
Şeyx Fəzlullah Nurinin dar ağacından asılarkən dediyi son söz
Şeyx Fəzlullah Nuri (1841-1909) zamanının müctəhidlərindən biri ilk mərhələdə Məşrutə hərəkatının öncüllərindən idi.

Lakin daha sonra məşrutəçilərin millətpərəst, qərbyönümlü və islam meyarlarından uzaq düşdüyünü gördükdə onun əleyhinə çıxdı. Buna görə "məşrutəçilər” onu asdılar.

Müctəhid dar ağacından asılarkən son anda "(Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm.

Həqiqətən, Allah bəndələrini görəndir!” ayəsini oxuyaraq əlinə kiçik quranını alıb camaata sarı səsləndi:

"İlahi sən şahidsən ki, mən bu camaata demək lazım olduğunu deyib çatdırdım. İlahi sən şahidsən sən ki mən bu camaat qarşısında sənin Quranına and içdim....”

Bu zaman muxaliflərdən bəziləri yerdən qışqırdılar: Yalan deyir əlindəki Quran deyil, siqaret qutusudur.

Elə bu anda ayağının altındakı stulu vurub yıxdılar...
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930