Təvafdan da vacib əməl
Mьəllif: admin1
Tarix: 20-07-2017, 10:23

 Əban ibni Təğəllüb, İmam Sadiqin (ə) yaxın tərəfdaşlarından idi. O, nəql edir: "İmam Sadiqlə (ə) birlikdə Məkkədə idik. Həzrətlə (ə) birlikdə Kəbəni təvaf edirdik. Bu zaman dostlarımdan biri məndən xahiş etdi ki, hacətini yerinə yetirmək üçün onunla birlikdə gedəm.

Ancaq mən təvaf etməyə davam edirdim. O, mənə işarə edirdi, ancaq mən də ona fikir vermirdim. İmamı (ə) tək qoymaq istəmirdim.

O, yenə mənə işarə etdi və bu dəfə onun işarəsini İmam Sadiq (ə) gördü və mənə buyurdu: "Onun səninlə işi vardır?”.

Dedim: "Bəli”.

Buyurdu: "O, kimdir?”.

Dedim: "Bizim dostlardandır, Əhli-Beyt (ə) davamçısıdır”.

Buyurdu: "Onun yanına get”.

Dedim: "Təvafı qət edim?”.

Buyurdu: "Bəli”.

Dedim: "Baxmayaraq ki, təvaf vacib olsa belə?”.

Buyurdu: "Bəli, get. Baxmayaraq ki, təvaf vacib olsa belə”. 

İmam (ə) başqa yerdə buyurur: "Müsəlmanın başqa müsəlmanın ehtiyaclarını həyata keçirtmək üçün səy etməsi, Kəbənin ətrafına edilən 70 təvafdan daha yaxşıdır”.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30