Qəbirlərin ziyarəti bizə nə verir! Buna ehtiyac varmı?
Müəllif: admin1
Tarix: 10-05-2020, 21:00
Qəbirlərin ziyarəti bizə nə verir! Buna ehtiyac varmı?
Ölümü dadacağını hər kəs bilir. Ölüm yox olmaq deyildir. Əksinə bu aləmdən fərqli olan, məhdudiyyətləri dünyaya nisbətən az olan, qeyri maddi olan bir aləmdir.

İslaminSesi.info - İnsan ölməklə yoxluğa düçar olmur. Tam əksinə maddi məhdudiyyətlərin aradan qalxması ilə sanki dirilik, azadlıq əldə edir.

İlahi qüdrəti bu dünyaya nisbətən daha aşkar müşahidə edir, baxış və müşahidə etmələrində əsaslı surətdə dəyişikliklər olur.

Buradan axirəti müşahidə edə bilməyən insan, axirətdən dünyanı və bilmədiyimiz nə qədər aləmi müşahidə edə bilir.

Dünyadan köçən insanın qəbrinin ziyarət edilməsində, qəbristanlığda dualar edilməsində faydalar vardır ki, bunlara Quran ayələri və hədislərdə xüsusi yer verilmişdir.

Bu kimi ziyarətləri ümumilikdə iki qismdə birləşdirirlər. Biri dünya əhlinə olan faydası, digəri isə axirət əhlinə olan faydası.

Qəbr ziyarətində axirət əhlinə olan faydalarına gəlincə islamı etiqad ölümün yoxluq olmasını tələb edir. Hər bir müsəlman və tohid dininə etiqadı olan hər bir kəs bilir ki, ölüm yoxluq deyil.

Ölüm ruhun bədəni tərk edib axirətə köçməsidir. Və hər kəs bilir ki, dünya və axirətin sahibi yeganə, tək olan, qüdrəti qeyri məhdud olan, sonsuz rəhməti dünya və axirətdə bəndələrinə şamil olan Allahu Təaladır.

İnsan istər dünyada olsun, istər axirətdə öz istəklərini yalnız Allah Təaladan istəyir. İlahi rəhmətin də hansı aləmə şamil olmasında heç bir məhdudiyyət yoxdur.

Elə isə dünya əhlinin axirət, axirət əhlinin dünya əhli üçün Allahdan rəhmət istəməsinin nəinki maneəsi yoxdur, bəlkə böyük fəziləti vardır. Axı onların da bizim kimi diri olduqlarını dilimizlə etiraf edirik. Quran buyurur:

"Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur". (Ali İmran-169)

Qəbr ziyarətində dünya əhlinə olan faydasına gəlincə Həzrəti Əli (ə) buyurub: "Kim qəbrləri çox ziyarət etsə dünyadan könlü tox olar, dünyaya meyli az olar". (Biharu-ənvar. C-6. Səh-136).

Allah Rəsulu(s) buyurub: "Ən üstün zöhd (pəhrizkarlığ) ölümü xatırlamaqdır, ən üstün ibadət ölümü xatırlamaqdır, ən üstün təfəkkür ölümü xatırlamaqdır". ( Biharul-ənvar. C-6. Səh-137).

Qəbr ziyarəti hədislərdən göründüyü kimi dünya əhli üçün çox önəmlidir. İnsanı dünyadan qoparıb axirətə, ölümə, Rəbbinə, qiyamətə bağlayır.

Bunlar da öz növbəsində insanın hidayətinə, mənəvi islahına, dünyaya baxışının yenilənməsinə, ümumiyyətlə insanın müsbətə doğru dəyişilməsinə köklü sürətdə təsir edən mühüm amillərdir.


Y.Nuriyev
Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31