Quran oxumaq həm cismə və həm də ruha şəfa verər
Mьəllif: admin1
Tarix: 27-09-2020, 10:33
Quran oxumaq həm cismə və həm də ruha şəfa verər
Quran - Uca Allahın kəlamıdır. Yəni, Allah bu kitabın vasitəsilə bizimlə söhbət edər.

Quran - Uca Allahın kəlamıdır. Yəni, Allah bu kitabın vasitəsilə bizimlə söhbət edər. Ona görə də Quranın qarşısında həm zahiri və həm də batini ədəbə riayət etmək lazımdır. Bu zaman Quranın mənəvi təsiri neçə qat olar. Allahın kəlamı insanın əxlaqına, rəftarına təsir qoyar.

Allah Təala Cəbrayilin (ə) vasitəsilə Peyğəmbərə (s) Quran tilavət etməsini əmr edir və buyurur:“Yaxud yarıya artır (onun üçdə ikisini), Qur’anı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!”. (“Muzzəmmil” 4).

Yəni, Quranı yavaş-yavaş tilavət edin, sanki tilavət edən Quranla söhbət edər, danışar və eşidər. İlahi ayələri təkrar etmək Peyğəmbərin (s) iradəsinin güclənməsinə çox təsir qoyurdu.

Ona görə də Həzrət (s) öz davamçılarına Quranı davamlı olaraq tilavət etməyi tövsiyə edir və gecə yarısına qədər Quran oxuyardı.

Həzrət Peyğəmbər (s) Quranı ürəyəyatımlı bir səslə və düşünərək tilavət edərdi. Həzrət (s) nə zaman Quran oxusa idi, çox sayda insanı özünə cəlb edərdi. Çox az insan tapılar ki, Quran ayələri oxunan zaman ona qarşı laqeyd qalsın.

Quranla sıx rabitə qurmaq ürfan məqamına çatanlar üçün həmişə yol açmışdır. Quran və hədislər bizə buyurur ki, bacardığınız qədər Quran oxuyun.

“İndi isə, siz (gecə namazından və) Qurandan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır.

Elə isə (gecələr) Qurandan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız”. (“Muzzəmmil” 20).

Quran buyurur ki, Quran oxumağın xüsusi zamanı yoxdur və hər zaman oxumaq fəzilətlidir. Yuxarıdakı ayədən göründüyü kimi insan bəzən xəstə olur, bəzən də səfərdə olur. Bəzən ticarət edir və bəzən də hətta cihad edir. Bu halda belə Quran oxumaq tövsiyə edilir.

“Həqiqətən Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?”. (“Qəmər” 17).

Quran - ən gözəl zikrdir. Ona görə də Allah yolinun yolçusu gərək onu əlindən qoymasın. Bu, elə bir zikrdir ki, xəstəlikdə şəfa verər, çətinlikdə yol açar.

“Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. (“İsra” 82).

Quran həm cismə və həm də ruha şəfa verər. İnsan Quran oxuyaraq həm cismi və həm də mənəvi sağlamlığını qoruyar.

Hədislərdə oxuyuruq ki, səhərlər “Yasin” surəsini və axşamlar “Vaqiə” surəsini oxumaq çox fəzilətlidir. Əgər xəstələnmisənsə, səmimi qəlbdən yeddi dəfə “Həmd” surəsini oxu və Allahdan şəfa istə.

Əgər Quranı düşünərək və mənasını başa düşərək oxusan, çox sayda giriftarlıqların aradan qalxar. Hədislərdə oxuyuruq ki, “Cümə”, “Rəhman”, “Yasin” surəsini oxumaq çox savaba malikdir.

Quranın hər bir ayəsi və surəsi nurdur, ona görə də hələ ki, fürsət var, bu nurdan bəhrələnək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930