Bayram gününün və gecəsinin əməlləri
Mьəllif: admin1
Tarix: 14-06-2018, 22:21
Bayram gününün və gecəsinin əməlləri
Bu bayramın həm gecəsinin və həm də gündüzünün özünəməxsus əməlləri vardır. Hədislərimiz buyurur ki, Fitr bayramı gecəsi heç də Qədr gecələrindən fəzilət baxımından geri qalmır. Məsumlarımız (ə) tövsiyə edir ki, bu gecədə:

1. Günəş batan kimi qüsl alaq.

2. Həmin gecəni ibadətlə, istiğfarla, əhya saxlayaraq keçirdək.

3. Məğrib və işa namazlarından sonra bu zikri demək:
" الله اكبر الله اكبر، لا اله الا الله و الله اكبر الله اكبر و لله الحمد الحمد لله على ما هدانا و له الشكر على ما اولانا


4. Məğrib namazından sonra əllərinizi yuxarı qaldırıb deyin: يا ذاالمن و الطول يا ذاالجود يا مصطفي محمد و ناصره صل على محمد وآل محمد و اغفرلي كل ذنب احصيته وهو عندك في كتاب مبين." Sonra səcdəyə gedin və səcdədə 100 dəfə deyin: اتوب الى الله " Sonra Allahdan hacətiniiz istəyin.

5. İmam Hüseyni (ə) ziyarət etmək.

6. On dəfə bu zikri deyin:
"يا دائم الفضل علي البرية يا باسط اليدين بالعطية يا صاحب المواهب السنية صل علي محمد وآله خيرالوري سجية واغفرلنا يا ذاالعلي في هذه العشية."


7. Ramazan ayının son gecəsində onrükətli namaz qılmaq. İki rükətlə qılınan beş namazdır. Hər bir rükətdə "Həmd”dən sonra 10 dəfə "Tövhid” ("İxlas”) surəsi oxunar, səcdə və rükularından isə 10 dəfə təsbihati-ərbəə deyilər. Namaz bitəndən sonra min dəfə istiğfar edərsən və sonra başını səcdəyə qoyub, deyərsən:

يا حي يا قيوم يا ذاالجلال و الاکرام يا رحمان الدنيا والاخرة و رحيمهما يا ارحم الراحمين يا اله الاولين والآخرين اغفرلنا ذنوبنا و تقبل منا صلواتنا و صيامنا و قيامنا."

8. Gecəni əhya saxlamaq.

Bayram gününün əməlləri:

1. Sübh namazından sonra məğrib və işa namazlarından sonra deyilməsi tövsiyə olunan zikrləri demək.

2. Bayram namazından əvvəl fitrəni ödəmək.

3. Bayram qüslünü almaq.

4. Bayram üçün təzə və təmiz paltarlarımızı geyinək.

5. Bayram namazından əvvəl iftar etmək. Yaxşı olar ki, xurma və ya şiniyyatla olsun.

6. Bayram namazı üçün evdən çıxan zaman İmam Baqirdən (ə) nəql edilən bu duanı oxumaq:
اللهم من تهيا في هذااليوم اوتعبا اواعد واستعد لوفادة الى مخلوق رجاء رفده ونوافله وفواضله وعطاياه فان اليك يا سيدي تهيئتي و تعبئتي واعدادي واستعدادي رجاء رفدك وجوائزك ونوافلك و فواضلك و فضائلك وعطاياك و قد غدوت الى عيد من اعياد امة نبيك محمد صلوات الله عليه وعلى آله ولم افد اليك اليوم بعمل صالح اثق به قدمته ولا توجهت ‏بمخلوق املته ولكن اتيتك خاضعا مقرا بذنوبي واسائتي الى نفسي فيا عظيم يا عظيم يا عظيم اغفرلي العظيم من ذنوبي فانه لا يغفرالذنوب العظام الا انت ‏يا لا اله الا انت ‏يا ارحم الراحمين."

7. Bayram namazını qılmaq.

8. İmam Hüseyni (ə) ziyarət etmək.

9. "Nüdbə” duasını oxumaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031