Volterin Hz. Peyğəmbər (s) barədə inanılmaz etirafları
Mьəllif: admin1
Tarix: 10-03-2022, 10:31
Volterin Hz. Peyğəmbər (s) barədə inanılmaz etirafları
Dünyada elə bir kitab(qanun toplusu) Qurana və onun Rəsulu Hz Məhəmmədin(s) həyatına bərabər həyat yoxdur

İnsan bunu müqayisə edə bilməz. Bu sözlər Volterin "Türklər, Müsəlmanlar və Digərləri” kitabında yazılıb. Kitabda İslama ayrıca yer verən Volter bu dinin özəlliyindən və Məhəmməd peyğəmbərin(s) həyat yolundan bəhs edərək ona heyranlığını gizlətmir. Hətta onun ümmi (savadsız) biri olduğuna özünü inandıra bilmir.

"Onun oxuyub yazma bilməməsinə inanmaq mümkün deyil. Onun bu mövqeyə gəlib çatması üçün həddindən artıq biliyə malik olması lazım idi.

Bir insan necə ola bilər ki, tacirlikdən dövlət rəhbərliyinə qədər ucalsın amma oxuyub – yazma bilməsin?!

Onun tibbə aid elə qeyri-adi sözləri var ki, insan buna inana bilmir”- deyə Volter bu insanın qeyri-adi zəkası barədə heyranlığını gizlətmir.

Daha sonra Quranın möhtəşəmliyindən bəhs edir: "Bizim ədiblərimizdən çox azı bu möhtəşəm kitabı oxuyublar. Real mütəfəkkirlərimizin araşdırmalarına rəğmən yenə bu kitab haqda səthi biliklərə sahibik. Bu fikirlər də səthi və gülüncdür.”

Daha sonra Quranın niyə bu cür tanıdıldığına izahat verir: "Biz bu kitab barəsində çox səfehcəsinə uydurmalar etmişik. Halbuki iddia etdiklərimizin heç biri Quranda yoxdur. Keşişlərimizin ən böyük problemi müsəlman olan türklər idi.

İstanbulun fəthinə qarşı heç nə edə bilmədikdə onların əleyhinə saysız-hesabsız kitablar yazmaqla reaksiya verdilər. Guya Məhəmmədin dini qadını kölə hesab edirmiş.

Bu dünyada kölə olduqları kimi cənnətdə də kölə olacaqlarmış. Tamamilə yalan olan bütün bu sözlərə avropalılar inandılar.

Halbuki bu inancı dəyişdirməyin yeganə yolu Quranı oxumaq idi. Volter Qurandakı Nisa surəsindən bəhs edir. Orada bəhs edilən qadın hüquqların möhtəşəmliyindən danışır.

"Bu surə kifayət edir ki, İslamın qadına verdiyi dəyər anlaşılsın. Etiraf edək ki, bu din vahidlik rolunu oynadı. Bütün Asiyanı demək olar ki, bütpərəstlikdən xilas etdi. Onun dinində sələmçilik qadağan, sədəqə əmr, dua fərzdir.”

Bu din və bu dinin qurucusu- o möhtəşəm insan ortaya elə bir sistem çıxardı ki, onun bol mərhəməti və əfvi bol idi.

Halbuki xristianlığın ilahi qurucusu olan İsa sadə və sakit ömrü boyunca pisliyə qarşı xoş rəftarı təbliğ etsə də, onun əziz və şirin dini bəzi üzdəniraqlar tərəfindən ən qəddar və barbar dinə çevrildi.”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930