İmam Məhdinin (ə.f) zühurunda Kəhf səhabələri canlanacaq
Mьəllif: admin1
Tarix: 25-05-2017, 10:15

 İmam Əli (ə) nəql edir: "Həzrət Məhdinin (ə.f) zühurundan və qiyamından üç gün keçəndən sonra İslam ordusundan bir dəstə romalılar ilə döyüşmək üçün Antakiyaya gedəcəkdir. Onlar müqəddəs sandığı Antakiya mağarasından çıxacaqlar ki, Tövrat ilə İncilin əsil nüsxəsi onun daxilində olacaqdır. Romalılar dənizin sahilinə tərəf hücum edəcəklər.

Bu zaman Allah Kəhf sahəbələrinin cavanlarını dirildəcəkdir və o cavanların iki nəfəri ki, adları Məlixa və Həmlaxadır, İmam Məhdinin (ə.f) davamçılarından olacaqlar. Özlərini o Həzrətə (ə.f) təslim edəcəklər”. 

Bəs onlar qocadırlar, yoxsa cavan?

İmam Sadiq (ə) - bir kişiyə xitabən - buyurur: «Siz «fəta» kimə deyərsiz?».

Ərz etdi: «Cavana».

Həzrət (ə) buyurdu: «Xeyr. «Fəta» - mömindir. Əshabi-Kəhfin hamısı yaşlılar idi, Amma Allah Təala onları imanına görə «fətiyə» (cavanlar, mərdlər) adlandırdı».

 

/Deyerler.org/

 

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031