Niyə möminə - mömin, müsəlmana – müsəlman deyirlər?
Mьəllif: admin1
Tarix: 27-05-2021, 10:34
Niyə möminə - mömin, müsəlmana – müsəlman deyirlər?
Həzrət Cəfər ibni Muhəmməddən (ə) nəql edirlər: "Peyğəmbər (s) buyurmuşdur: "O kəs ki, mömin qardaşına lütfünü bildirən sözlərlə ehtiram göstərər və ya hacətini yerinə yetirər və ya onun qəm və qüssəsini aradan aparar – davamlı olaraq Allah Təalanın himayəsində olar.

O zamana qədər ki, ona ehtiram göstərmək və hacətini yerinə yetirməklə məşğul olar, Allah Təalanın rəhməti ona nazil olar.

Sizə xəbər verimmi ki, niyə möminə mömin deyirlər? Səbəbi budur ki, insanlar onu öz nəfs və malına əmin bilərlər.

Sizə xəbər verimmi ki, niyə müsəlmana müsəlman deyərlər? Səbəbi budur ki, müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən salamat olarlar.

Sizə xəbər verimmi ki, niyə mühacirə mühacir deyirlər? Səbəbi budur ki, mühacir o kəsdir ki, qəbahət vadisindən hicrət edər və o şeyi ki, Allah ona haram buyurmuşdur – çəkinər””.

Allah Təala bizləri bu sifətlərə layiq olanlardan qərar versin, inşəallah.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031