Qəlb qüvvəsini artıran, hacətin qəbulunu yaxınlaşdıran surə
Mьəllif: admin1
Tarix: 11-08-2020, 15:39
Qəlb qüvvəsini artıran, hacətin qəbulunu yaxınlaşdıran surə
"Nəcm” surəsi Quranın 53-cü surəsidir ki, 62 ayəsi vardır və Məkkədə nazil olmuşdur.

Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: "Hər kim "Nəcm” surəsini oxuyar, Peyğəmbəri (s) təsdiq edənlərin və inkar edənlərin on bərabəri qədər ona savab verilər”.

İmam Sadiq (ə) buyurur: "Hər kim "Nəcm” surəsini oxumağı davamlı edərsə, insanların arasında elə yaşayar ki, onu mədh edərlər, Allah günahlarını bağışlayar və insanlar onu sevər”.

Bu surənin bərəkətləri.

1. Qəlb qüvvətini artırar. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər "Nəcm” surəsini heyvan dərisinə yazsalar və özü ilə gəzdirsələr, qarşılaşdığı hər hakimə görə qəlbi qüvvət əldə edər və həmin hakim və ya sultan ona ehtiram qoyar.

2. Körpənin ağlamasının qarşısını almaq. Əgər bu surənin 59-61-ci ayələrini yazıb uşağın çox ağlamasının qarşısını almaq üçün boynundan assalar, sakitləşər.

3. Hacətin yerinə yetməsi. Əgər bu surəni bir dəfəyə (fasilə vermədən) 21 dəfə oxusalar, hacəti yerinə yetər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930