Uşaqlara oruc ibadətini necə başa salmaq lazımdır?
Mьəllif: admin1
Tarix: 3-03-2025, 10:46
Uşaqlara oruc ibadətini necə başa salmaq lazımdır?
Uşaqlar adətən nəyi isə öyrənməyi, ətrafındakı insanlarda baxaraq reallaşdırırlar. Bunun üçün də mübarək Ramazan ayına daxil olmadan əvvəl valideynlər uşaqlarına oruc barədə məlumat verməlidirlər.

Uşağa oruc barədə danışanda, bu ibadətin həyata keçirilməsinin hər bir peyğəmbər tərəfindən edildiyini, orucun Allah dərgahında fəzilətli bir ibadət olduğunu və əvəzinin də axirətdə veriləcəyini söyləmək lazımdır.

Bundan əlavə, gün ərzində ac və susuz qalmaqla, vəziyyəti yaxşı olmayan insanları başa düşəcəkləri izah oluna bilər.

Orucun mənəvi dəyərlərini uşağa izah etdikdən sonra, orucla bağlı terminlərin də nə demək olduğunu izah etmək lazımdır.

Bu anlayışlar iftar, obaşdan, namaz, imsaq, orucu pozan və pozmayan şeylər ola bilər. Amma, sadəcə təklifi üzərlərində olanlara (mükəlləf) orucun pozulması ilə bağlı məsələlərdən danışmayın.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031