İnsanı qəm qüssə və çətinlikdən qurtaran Yunisiyyə duası
Mьəllif: admin1
Tarix: 15-05-2022, 11:48
İnsanı qəm qüssə və çətinlikdən qurtaran Yunisiyyə duası
Qurani-Kərim Həzrət Yunis peyğəmbərə (ə) bu dua ilə nicat verildiyini xatırladır

İnsan dünya sakinidir. Bu dünyada hadisələr və işlər hər zaman bizim istədiyimiz yöndə getmir. İnsanın daima çətinlikləri və müşkülləri vardır.

İnsan bu çətinliklərin həlli üçün çalışmalı, səy etməli, çaba göstərməlidir. Çünki insanın qazandığı nəticə onun səyinin, çabasının qədərindədir.

İnsan çabası ilə bərabər öz işlərini rəbbinə həvalə etməyi də bacarmalıdır. Həvalə etmək heç də heç nə etməmək deyil, əksinə kömək diləməkdir.

Elə bir kömək diləmək ki, insanın daxili aləmindən qaynaqlanmalıdır. İnsanın daxilində öz rəbbi ilə ünsiyyəti, rabitəsi yaranmalıdır ki, öz rəbbini xatırlayıb Onunla danışa bilsin. Onu xatırlaya bilsin. Onu hər şeyi görən və hər şeyə gücü yetən olduğunu bilsin.

Allah Təala buyurur: "Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!" (Bəqərə-152)

Allah Təalanı yad etmək qəlbin üstün xüsusiyyətlərindən biridir. İnsan Rəbbini yad etməklə aramlıq əldə edir. Öz istəklərini dilə gətirir, ona möhtaclığını hiss edir.

Allah Təalanın insanı yad etməsi, insana olan rəhmətidir. İnsanın səsini eşidir, duasını qəbul edir, müşküllərini asanlaşdırır. Günahlarını bağışlayır. Onu günahdan və hər növ pislikdən qoruyur. Ona düşdüyü çıxılmaz bəlanın içindən çıxardır.

Necə ki, Həzrəti Yunis peyğəmbəri(ə) xilas elədi. Yunis peyğəmbər düşdüyü vəziyyətdə Rəbbini xatırladı, çağırdı, dua etdi. Rəbbi də onu xatırlayıb ( rəhm edib) xilas etdi.

Quran Yunisin(ə) dilindən buyurur:

LA İLAHƏ İLLA ƏNTƏ SÜBHANƏKƏ İNNİİ KUNTU MİNƏZ ZALİMİN. (Səndən başqa heç bir ilahi yoxdur. Sən bütün eyib və nöqsanlardan paksan. Mən həqiqətən zalimlərdənəm).

Qurani Kərim Yunis (ə)ın duasını bizə öyrədir. Dua Allah Təalanın təkliyinə, Onun bütün çatışmamazlıqlardan uzaq olmasına, bütün ali sifətlərin Onda cəm olmasına şəhadət verir. Həmçinin də özünün acız və günahkar olmasını iqrar edir.

Bundan sonra Allah Təala ona balığın qarnından nıcat verir. Onun qəm qüssəsini aradan aparır:

Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbrsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi.

Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)", -deyib dua etmişdi.

"Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!" (Ənbiya- 87-88)

İnsan acizanə Rəbbini xatırlasa rəbbi də onu xatırlayar. Ona rəhm edər. Necəki ayədə "biz mömünlərə belə nicat veririk” deyə buyurulur.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930