İnsanlığı zülmün əlindən qurtarmaq üçün O gələcək
Mьəllif: admin1
Tarix: 15-05-2021, 10:20
İnsanlığı zülmün əlindən qurtarmaq üçün O gələcək
İslamın bütün məzhəblərində Məhdinin (əc) Peyğəmbərin (s) övladı olduğu qeyd edilir. Amma məzhəblər arasında onun dünyaya gəlişi haqda ixtilaflar mövcuddur.

Şiələrin əqidəsinə görə həzrət Məhdi (əc) doğulmuşdur və dünyaya gəldikdən bir müddət sonra qısa zamanlı qeybə (qeybəti-süğra) çəkilmişdir, bu zaman bitdikdən sonra isə uzun müddətli qeybə (qeybəti-kübra) çəkilmişdir və zühur üçün şərait yarandıqda gələcək. Bəzi əhli-sünnə məktəblərinin inancına görə o, hələ doğulmayıb və gələcəkdə doğulacaq.

Tirmizi "Sünən” kitabında Peyğəmbərdən (s) hədis nəql edərək yazır: "Əgər dünyanın ömründən hətta bir gün də qalmış olsa da Allah həmin günü o qədər uzadacaq ki, mənim Əhli-beytimdən bir nəfər qiyam etsin. Onun adı mənim adımdandır. Yer üzü zülmlə dolduğu kimi, o dünyanı ədalətlə dolduracaq”.

İbn Teymiyyə "Minhacüs-sünnə” kitabının 4-cü bölməsində Peyğəmbərin (s) bu hədisini gətirmişdir: "Axirəz-zamanda mənim övladlarımdan olan bir nəfər qiyam edəcək. Onun adı mənim adımdan, künyəsi mənim künyəmdəndir. Yer üzü zülmlə dolduğu kimi o, dünyanı ədalətlə dolduracaq”.

Bu qəbildən olan rəvayətlər əhli-sünnə kitablarında çoxdur və bütün İslam alimləri bu mövzunu təsdiqləmişdir.

Seyid Həsən Nəsrullahın həzrət Məhdinin (əc) zühuru haqqında çıxışı və Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmana cavabı, müqavimət liderinin cavan siyasətçiyə elmi cavabıdır.

Müqavimət lideri İslam alimlərinin yekdil nəzərini diqqətə çatdıraraq deyib: "Səudiyyə vəliəhdi Məhəmməd bin Salman bir neçə gün öncə müsahibəsində böyük bir səhvə yol verdi, İrana dəxli olmayan böyük bir söz dedi. Onun siyasi sözləri ilə işim yoxdur. O dedi ki, İran İmam Məhdinin (əc) intizarındadır.

Halbuki, bütün müsəlmanlar onun intizarındadır. Hər kəs bilir ki, Məhdi (əc) nə Tehrandan, nə Şamdan, nə də ki, Beyrutdan deyil, Məkkədən zühur edəcək. İmam Məhdi (əc) mövzusu müsəlmanlar arasında yekdil inancla inanılan bir mövzudur və hamının inancına görə "dünya zülmlə dolduğu halda Allahın elçisinin (s) nəslindən olan Məhdi (əc) zühur edib dünyanı ədalətlə dolduracaq”.

Bunu bütün müsəlman məzhəbləri istisnasız qəbul edir. İxtilaf yalnız Məhdinin (əc) dünyaya gəlib-gəlməməsindədir. Məhəmməd bin Salmanın sözləri onun millətçilik görüşlü olduğunu göstərir.

Ona deyirəm ki, müsəlmanların inancına görə İmam Məhdinin (əc) Məkkədən zühur edəcəyi müsəlmanlar arasında qətiyyətlə qəbul edilən bir məsələdir.

O həzrət zühur etdikdə isə heç bir zalım hakim qalmayacaq, yer üzünü ədalət dolduracaq. O gün mütləq gələcək, nə sən, nə də sənin ata-babaların Allahın təqdirinin qarşısını ala bilməzsiniz”.

Müqavimət Hərəkatı liderinin sözü kamil, şiə və sünnü olmaqla bütün İslam alimlərinin yekdil baxışıdır.


Nur-az.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930