Qohumla evlənmək, yoxsa yad adamla?
Mьəllif: admin1
Tarix: 4-04-2021, 21:49
Qohumla evlənmək, yoxsa yad adamla?
Bütün insanlar istəyir ki, xoşbəxt ailəyə və onu başa düşən, onun qayğısına qalan, onu sevən bir həyat yoldaşına malik olsun. Bəzi insanlar öz qız və oğlanlarını evləndirmək istəyən zaman ancaq qohumlar arasında seçim etməyi sevirlər və ondan qırağa çıxmağı sevmirlər.

Həzrət Peyğəmbərə (s) istinədən nəql edilir ki, öz yaxınlarınızla evlənməyin ki, çünki uşaq arıq (zəif) doğular. Qohumla ailə qurmağın bəzi ziyanları ola bilər.

1. Ailədə baş verənlər ətrafa tez yayılır. O zaman ki, cütlər qohumluq əlaqəsinə malik olar, ailədə baş verən hər bir böhran o anda bütün qohumlar arasında yayılar.

Fərz edin ki, xalaoğlu ilə xalaqızı evlənmişlər və onlar hələ nişanlı olan zaman belə, aralarında baş verən hər bir anlaşılmazlıqdan nəinki ata və anaları, hətta qalan qohumları da xəbərdar olarlar.

Güzəştə getmək potensialı az olar, qarşılıqlı ərk olunar. Nəticədə qohumlar arasında gərginliklər baş qaldırar və münaqişələrə gətirib çıxardar.

2. Kinə səbəb olar. O zaman ki, gəlinlə bəy arasında münaqişə baş verər, qohumlar daha çox bu işə qarışarlar. Bu zaman qohumlar iki dəstəyə bölünərlər ki, bəziləri qızı və bəziləri də oğlanı müdafiə edərlər. Nəticədə gəlinlə bəy arasında olan kiçik münaqişə böyüyərək, qohumlar arasındakı gərginliyə, kin və küdurətə səbəb olar.

3. Cütlərin işinə daha çox qarışmaq. O zaman ki, ailə quran qız və oğlan arasında qohumluq əlaqəsi olar, bir-birinə yad olmadıqları üçün ailələrinə qarışanların sayı da çox olar. Bu cavan ailənin müstəqil olması çətinləşər. Həmişə elə ailələrdən olarlar ki, başqaları onların ailə məsələrinə qarışar.

4. Doğulan uşaqların nöqsanlı olmaq ehtimalı çoxalar. Tədqiqatlar göstərmişdir ki, qohumlar arasında qurulan ailələrdə doğulan şikəst və nöqsanlı uşaqların sayı, yad insanlar arasında qurulan ailələrdə doğulan şikəst uşaqların sayından 3-4 dəfə çox olar. Hər nə qədər qohumluq əlaqəsi yaxın olarsa, bu təhlükə daha çox olar.

Bəzən də 10 dəfəyə qədər arta bilər. Xüsusilə də əmiqızı və əmioğlu arasında olan evliliklərdə. Çünki genləri müştərək əcdadlarına gedib çatdığı üçün, gizli xəstəlikləri hər ikisində də üzə çıxar və övladlarında özünü göstərər. Ona görə də bu təhlükəni qabaqcadan təyin etmək üçün evlənməzdən əvvəl qan analizləri vermək lazımdır.

Ailə psixoloqları, ailə qurmaq istəyən cavanlara qohumlar arasından deyil, daha çox yad, qohumluq əlaqəsi olmayan insanlarla ailə qurmaqlarını tövsiyə edirlər. Çünki bu zaman ailələri daha sağlam, davamlı və gərginliklərdən uzaq olar.

Amma mübarək dinimiz qohumla evlənməyi birmənalı pisləmir, bəlkə xəbərdarlıq kimi təqdim edir. Yəni, ümumi halda, nəslin yaxşı inkişafı üçün başqa nəsillə qohum olmaq daha yaxşıdır. Xüsusi hallar da olur ki, qohumla ailə qurmaq problem kəsb etmir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930