İşağlçı İsrail rejimi Qüds sakinlərinə qarşı təzyiqləri artırır
Mьəllif: admin1
Tarix: 9-05-2017, 11:06

İşağlçı İsrail rejimi Qüds sakinlərinə qarşı təzyiqləri artırır

 Hazırda işğalçı İsrail rejim həbsxanalarında 7 min fələstinli əsir saxlanılır ki, onlardan 600 nəfəri ömürlük azadlıqdan məhrum edilib. Bunu "Fələstinli Məhbusların Səsi" cəmiyyətinin sədri Qadura Fares "Tasnim" xəbər agentliyinə müsahibəsində bildirib. 

 

Maide.Az xəbər verir ki, Q.Fares deyib ki, 700 fələstinli əsir mühakimə olunmadan işğalçı rejim həbsxanlarında saxlanılır. "Əsirlərdən 8 nəfəri Fələstin Parlamentinin nümayəndələridir. 300 nəfəri uşaq, 54 nəfəri qadın və təqribən 700 nəfəri yaralı və xəstədir”. 

 

Q.Fares əlavə edib ki, 2016-cı ildə təqribən 6 min 400 nəfər saxlanılıb ki, onların arasında 2090 nəfəri Qüds sakinidir. "Həmçinin əldə etdiyimiz məlumata görə, 2016-cı ildə saxlanılan şəxslərdən 1330 nəfəri uşaqdır. Onlarında əksəriyyəti Qüds sakinidir. İşğalçı rejim Qüds sakinlərini daha çox hədəfə alır və onları həbs edir, mallarını əllərindən alır, evlərini dağıdır”.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930