Cənnətin "Fərəh Evi"nə daxil olacaq insanlar
Mьəllif: admin1
Tarix: 6-05-2017, 18:33

Allahın Elçisi Məhəmməd Peyğəmbər bir gün səhabələrə dedi ki yetimə baxan o dünyada mənimlə birgə olacaq. Peyğəmbər sonra iki barmağını bir-birinə bitişdirib buyurdu: Bu iki barmağım kimi bir-birimizin yanında olacağıq.

 

Başqa bir hədisdə əziz Peyğəmbər buyurur:

 

"Kim bir nəfər yetim uşağı boya-başa çatana qədər öz öhdəsinə götürürsə, Allah-təala yetimin malını yeyən şəxsə cəhənnəmi vacib etdiyi kimi, behişti də o şəxsə vacib edər."

 

İmam Sadiq(ə) buyurur:

 

"Kim Allahın mərhəmətini qazanıb behiştə daxil olmaq istəyirsə, yetim uşaqlara nəvaziş göstərib mehriban olsun."

 

Yetim uşaqlara qayğı göstərmənin təsirlərindən biri də insan qəlbinin riqqətə gəlməsi və hacətlərin Allah dərgahında qəbul olmasıdır.

 

 Peyğəmbər (s) buyurur:

 

"Qəlbinin yumşaq olmasını və arzularının yerinə yetməsini istəyirsənmi? Belə isə yetimə rəhm edib başını mehribanlıqla sığalla. Öz yeməyini ona yedizdir. Qoy ürəyin yumşalıb istəklərin yerinə yetsin."

 

Allahın Elçisi Məhəmməd Peyğəmbər buyurur ki yetimə baxan insan üçün cənnətdə özünəməxsus ev var;

 

"Cənnətdə Darul-Fərəh adlı bir ev var ki oraya yalnız möminlərin yetimlərini şad edənlər daxil olacaqlar" (Kənzul-Ummal, h-6008) 

 
 
(İslaminSesi)
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30