Bəndə üçün günahdan daha pis olan nədir?
Mьəllif: admin1
Tarix: 5-05-2022, 10:39
Bəndə üçün günahdan daha pis olan nədir?
Günah ola bilər ki qəflət üzündən, xəta səbəbindən və ya bilməməzlikdən baş versin.

Bundan sonra peşmançılıq baş verərsə deməli insanın qəlbi tam qaralmayıb və bu peşmançılıq tövbəni həyata keçirən əsas amildir.

Günühdan sonra peşmançılıq çəkməmək isə bəndənin mənəvi uçuruma getdiyinin göstəricisidir.

Ən pis hal isə odur ki biri dinlə düşmənçilik, Peyğəmbər və Əhlibeytlə düşmənçilik və ya din xadimləri və möminlərə qarşı olan kin-küdürətə görə hansı bir günaha əl atır və bundan sonra şad olduğunu hiss edir.

İmam Səccad (ə) buyurub: "Günahla sevinməkdən çəkin! Bu günahla sevinmək onu etməkdən daha pisdir və daha böyük günahdır".
(Kəşful-ğimmə cild-2, səh-108)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031