Şəban ayında Rəsuli-Əkrəmi (s) nə ilə sevindirə bilərik?
Müəllif: admin1
Tarix: 24-03-2021, 20:58
Şəban ayında Rəsuli-Əkrəmi (s) nə ilə sevindirə bilərik?

Qəməri ayları arasında Rəcəb, Şəban və Ramazan ayının xüsusi yeri vardır. Bu aylar haqqında çox sayda hədisimiz vardır. Rəcəb ayı sona çatdı və Şəban ayı başlamışdır.

Bir çoxlarımız ola bilsin ki, Rəcəb ayının fürsətlərindən lazım olan qədər istifadə edə bilməmişik. Ona görə də yaxşı olardı ki, Şəban ayının qədrini bilək və bu aya məxsus əməllərə diqqət edək.

Bu ay – Həzrət Peyğəmbərin (s) ayıdır və bu gözəl ayda çalışaq ki, əməllərimizlə Rəsulu (s) sevindirək. Bəs bu ayda nə edə bilərik?

1. Həzrət Peyğəmbərə (s) yaxınlaşmaq. Bu gözəl ayda Peyğəmbərə (s) təvəssül etmək və bu İlahi insana yaxınlaşmaq bizim üçün çox faydalıdır.

Hər kim bu aydan ən yaxşı bəhrəni aparmaq istəyirsə, Həzrət Peyğəmbərə (s) təvəssül etməyi bütün əməllərinin əvvəlində qərar verməlidir.

Ona görə də bu ayda Həzrətə (s) salavat göndərmək - ən bəyənilən əməllərdən hesab edilir. İmam Səccaddan (ə) gələn hədisdə oxuyuruq ki, Şəbanın on beşinci gecəsində bu salavatı deməyin savabı çoxdur:
""اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ شَجَرَةِ النُّبُوَّةِ وَ مَوْضِعِ الرِّسالَةِ وَ مُخْتَلَفِ الْمَلاَّئِكَةِ ... ".


2. Oruc tutmaq. Bu ayda oruc tutmağı İmamlarımız (ə) çox tövsiyə etmişdir. İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq ki, hər kim Şəban ayında bir gün oruc tutarsa, Allah behişti ona vacib edər.

Xüsusilə də bu ayın son üç günündə oruc tutmaq çox tövsiyə edilir və bu orucla Ramazan ayına qoşulursan. Hədislərimizə görə, bu insana iki ay dalbadal oruc tutmağın savabı yazılar.

3. İstiğfar. Tövbə edib Allaha tərəf qayıtmağın günü və saatı yoxdur. Nə zaman insan etdiyi əməldən peşman olsa və bu peşmançılığını Allaha desə tövbə etmiş olar.

Lakin bəzi zamanlarda tövbənin qəbul olması üçün daha münasib şərait yaranar. Bu zamanlardan biri də Şəban ayıdır. İmam Rzadan (ə) gələn hədisdə oxuyurq: "Şəban ayında ən üstün dua – istiğfardır.

Əgər insan bu ayın hər günündə 70 dəfə istiğfar edərsə, o kəs kimi olar ki, bu aydan qeyrisində 70 min dəfə istiğfar etmişdir”. Yəni, 70 dəfə demək: أستغفر الله و أسأله التوبة". ("Əstəğfirullahə və əs-əsuhut-təubə”).

4. Sədəqə vermək. Sədəqə vermək və yoxsullara yardım etmək – bu aya məxsus başqa bir əməldir. Yoxsullara əl tutmaq Allah yanında böyük əcrə malikdir.

İmam Rza (ə) buyurur: "Əgər insan Şəban ayında xurmanın yarısı qədər səqədə verərsə, Allah onun cismini cəhənnəm atəşindən uzaq edər”.

Bəli, Şəban ayı – Peyğəmbərin (s) ayıdır. Bu ay Ramazan ayını dərk etmək üçün müqəddimədir. Əgər bu ayın fürsətlərindən istifadə edə bilsək, Ramazan ayını dərk edə bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31