Peyğəmbərin (s) dilindən eşidilən son 3 cümlə
Müəllif: admin1
Tarix: 25-06-2021, 23:06
Peyğəmbərin (s) dilindən eşidilən son 3 cümlə
Məhəmməd Peyğəmbər (s) ömrünün sonunda yataqda ikən islam ümmətinə etdiyi məşhur səqələyən tövsiyəsini hamı eşidib.

Peyğəmbərin (s) dilindən eşidilən son 3 cümləsi dedikdə bu nəzərdə tutulmur. Nəzərdə tutulan Peyğəmbərin (s) ehtizar halında can verərkən dilindən eşidilən ən son 3 cümləsidir.

Feyzi Kaşani Məhəccətul-Bəyda əsərində belə nəql edir: “Allahın elçisi ölüm yatağında idi. Ətrafında Həzrət Zəhra (s.ə), Həsən (ə), Hüseyn (ə) və Əmirəl-möminin (ə) var idi. Birdən onun mübarək səsi zəiflədi.

Hələ gözləri açıq idi və səsi çox zəif eşidilən halda 3 tövsiyə etdi və ondan sonra dili və səsi birdəfəlik dayandı.
Peyğəmbərin (s) birinci tövsiyəsi bu idi:

Namaz, namaz, namaz!

İkinci tövsiyəsi bu idi:

Əlinizin altında olanların öhdəsinə güclərindən artıq iş qoymayın! (Kəniz, qul, işçi, fəhlə və sair)

Üçüncü tövsiyə bu idi:

Allaha xatir qadınlar barədə diqqətli olun! Onlar sizin əlinizdə əmanətdirlər”



Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031