“Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm” - Həzrət Peyğəmbər (s) özü barədə
Müəllif: Admin
Tarix: 14-04-2018, 10:11
“Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm” - Həzrət Peyğəmbər (s) özü barədə
Həzrət Peyğəmbər (s) özü öz mübarək xüsusiyyətlərini bizə tanıtmış və bu haqda hədislərin vasitəsilə məlumatlar vermişdir.

1. Allahın tərbiyə etdiyidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Allahın tərbiyə etdiyi və Əli (ə) – mənim tərəfimdən tərbiyə edilmişdir”.

2. İlahi rəhmətdir. Həzrət (s) buyurur: “Həqiqətən, mən – hidayət olunan rəhmətəm”.

3. İbrahimin (ə) duasının nəticəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm”.

4. Ən üstün insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Adəm övladlarının seyyidiyəm”. Həzrət (s) başqa yerdə buyurur: “Allah məndən üstün məxluq xəlq etməmişdir. Allah yanında məndən əziz olanı yoxdur”.

5. Ən bilikli insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, sizlərin ən biliklisi və ən təqvalısı – mənəm”.

6. Rəsulların (ə) rəhbəridir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – göndərilmişlərin rəhbəriyəm. Mən – peyğəmbərlərin xatəmiyəm. Mən – ilk şəfaət edən və ilk şəfaət olunanam”.

7. İlk daxil olandır. Peyğəmbər (s) buyurur: “Mən Allah kitabı və Əhli-Beytimlə (ə) bir yerdə Allaha ilk daxil olanam. O zaman (ümmətim) daxil olacaqdır və ümmətimdən soruşacağam: “Quran və Əhli-Beytimlə (ə) nə etmisiniz?””.

8. İlahi hədiyyədir. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey mənə əta edilmişdir ki, məndən əvvəlki peyğəmbərlərin heç birinə verilməmişdir:
1. Mən bütün aləmlər üçün göndərilmişəm.
2.Torpaq mənim üçün pak və səcdəgah qərar verilmişdir.
3. Qorxu ilə yardım edilmişəm (düşmənlərin qəlbinə qorxu salınaraq).
4. (Döyüş) qəniməti mənim üçün halal hesab olunmuşdur. Halbuki, məndən əvvəl heç kəsə halal deyildi.
5. Mənə Allah tərəfindən bütün sözlər hərtərəfli verilmişdir”.


9. Ümümdünya risalətinə malikdir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən o kəslərin rəsuluyam ki, həyatım zamanında onları dərk etmişəm və o kəslər ki, məndən sonra dünyaya gələcəklər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31