İmam Baqirin (ə) barəsində dua etdiyi Bəni-Üməyyə xəlifəsi
![]() Ömər ibni Əbdüləzizin xəlifəlik müddəti iki il çəkmişdir(99-101). O bu müddət ərzində son 60 il ərzində Bəni-Üməyyə hakimiyyətinin İmam Əliyə qarşı lənət göndərmək kompaniyasına qadağa qoymuş, iranlılara, iraqlılara, və xristianlara tətbiq edilmiş bac-xəracın miqdarını azaltmış, Bəni-Üməyyə hakimiyyət dairələrində məmurların faliyyətinə və əmlaklarına nəzarəti artırmış, Fədəki Bəni-Haşimə qaytarmış və ələvilərlə mülayim rəftar edilməsi istiqamətində göztərişlər vermişdir. O həmçinin ikinci xəlifə Ömər ibni Xəttabın “Quran kitabı bizə kifayət edər, hədis yazmayın” qadağasını və qanunu aradan qaldırmış və hədislərin yazılmasına rəsmi icazə vermişdir. Tarixdə qeyd edilir ki o bir neçə dəfə özü İmam Baqirin hüzuruna gəlmişdir və İmam ona nəsihətlər etmişdir. (Tarixul-Xuləfa, Rəsul Cəfəriyan), (Tarix Yəqubi, cild-2, səh-268), (İbni-Əsir əl-Kamil fit-Tarix, cild-13, səh-242) (İslaminSesi.info) Oxşar xəbərlər
|