Niyə həzrət Zeynəbi-Kübrayə “Əqilət Bəni-Haşim” deyilirdi?
![]() Bu hədisin sənədində həzrət Zeynəb (ə) “Əqilətuna” deyə ifadə edilib. Əqilə ərəb dilində ağa, sərvər, kəramətli şəxs, qəbilənin ağıllısı və yaşlısı deməkdir. Həzrət Zeynəbin belə adlanması, Kərbəlada İmam Hüseynin, Əhli-Beytin əksər qoca və gənclərinin şəhid edilməsindən sonra həzrət Zeynəbin İmam Səccadla meydanda tək qalması ilə bağlıdır. Bundan sonra həzrət Zeynəb öz bəyanatları və hayqırtısı ilə Aşura mətkəbini yaymağa və Əhli-beyt məktəbini süqutdan qurtarmağa çalışdı. Ona görə Əqilət Bəni-Haşim adlandırıldı. Həzrət Zeynəb o qədər müsibətlər gördü ki, ona həmçinin “Ümmul-Məsaib” ləqəbi verildi. Çünki o babası Peyğəmbərin (s), anası Fatimənin (s.ə), atası Əlinin (ə), qardaşı İmam Həsənin (ə) və İmam Hüseynin (ə) dəhşətli müsibətlərini görmüşdü. Oxşar xəbərlər
|