Zeynəb (s.ə) kimdir?
Mьəllif: admin1
Tarix: 17-02-2022, 17:31
Zeynəb (s.ə) kimdir?


Zeynəb Zəhra balası,

Heydəri Kərranın cigər parası,

Hüseyni şəhidin qeyrət qalası,

Əkbərin şəhadət anıdı

Zeynəb, Eşqi Kərbəlada tanıdı

Zeynəb! Nazlı Ruqəyyanın əziz əmməsi,

Fəratın inləyən hicran nəğməsi,

Susuz körpələrin ahu-naləsi,

Əsğərin oxlanan canıdı Zeynəb,

Eşqi Kərbəlada tanıdı Zeynəb!

Fəratın zülümlə bağlanmış yolu,

Əbulfəz Əbbasın kəsilən qolu,

İmami Səccadın gözünün nuru,

Yanan xeymələrin şanıdı

Zeynəb, Eşqi Kərbəlada tanıdı

Zeynəb! Kərbəla düzünün "Eşq Sərkərdəsi",

Şəhid aşiqlərin şükran kəlməsi,

Əbulfəz bacısı,eşqin gur səsi,

Aşiqin Məşuqa andıdı Zeynəb,

Eşqi Kərbəlada tanıdı Zeynəb!

Şəhidlərin bağlanmayan yarası,

Hicabın zinəti,həqqin nidası,

Səbrin,şücaətin,dözümün anası,

Hüseynin tökülən qanıdı Zeynəb,

Eşqi Kərbəlada tanıdı Zeynəb!
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031