Nuh (ə) düzəltdiyi kuzələri nə üçün sındırmaq istəmədi?
![]() Nuh peyğəmbər çoxlu kuzə düzəltdi. Bir gün Cəbrail yenə nazil olub dedi: - Ey Nuh! Allah Taala buyurur ki, düzəltdiyin kuzələri sındır. Həzrət Nuh (ə) kuzələri yerə vurub sındırdı. Ancaq onları yerə yavaşca vurur, bəzilərini də sındırmağa ürəyi gəlmədiyi halda (ikrahla) sındırırdı. Onun hərəkətlərinə diqqət edən Cəbrail dedi: - Ey Nuh! Kuzələri sındırmağa nə üçün ürəyin gəlmir? Nuh (ə) dedi: Zəhmət çəkib hazırladığım bir şeyi sındırmağa ürəyim gəlmir. Cəbrail dedi: - Bu kuzələrin heç birinin nə canı var, nə atası, nə anası, nə övladı... Su və palçığı da Allahındır. Sən yalnız zəhmət çəkdiyin cansız bir şeyi sındırmaq istəmirsən. Bəs, Allahın yaratdığı canlı, atalı-analı, övladlı... məxluqu nifrin edib onların həlak olmağına necə ürəyin gəldi? Bundan sonra o çoxlu ağladı və Nuh (növhə deyən, matəm saxlayıb ucadan ağlayan) ləqəbi ilə tanındı. Qaynaq: Səbzivari, İsmayıl; “Cameul-nureyn”, səh. 122. Oxşar xəbərlər
|