Əhli-Beyt (ə) ticarət üçün necə istixarə edirdi?
Müəllif: Admin
Tarix: 8-04-2021, 10:45
Əhli-Beyt (ə) ticarət üçün necə istixarə edirdi?
Əbdürrəhman ibn Səyabə nəql edir: “Bir il bir miqdar parça ilə satış üçün Məkkəyə getmişdim. İşim kasad oldu.

Başqaları mənə dedilər: “Mallarımızı Misirə aparaq, ya Kufəyə və ya Yəmənə qaytaraq”.

Bu barədə müxtəlif nəzərlər verdilər. Məkkədə Ərəfatdan qayıdandan sonra İmam Kazımın (ə) xidmətinə getdim. Dostlarımın müxtəlif nəzərlərini ona dedim.

Dedim: “Qurbanın olum, sizin nəzəriniz nədir?”.

O Həzrət (ə) mənə buyurdu: “Misir ilə Yəmən arasından birini seç. Sonra işlərini Allaha tapşır. O püşkdə hansı şəhərin adı çıxsa, ora da get”. Dedim: “Canım sizə fəda olsun! Necə püşk atım ki?”.

Həzrət (ə) buyurdu: “Bir vərəqdə yaz: “Mehriban və Bağışlayan Allahın adı ilə! Allahım! Sən o Allahsan ki, Səndən başqa Allah yoxdur. Qeyb və aşkara alimsən. Sən bilənsən və mən səndən soruşuram ki, hansı mənim üçün daha yaxşıdır ki, Sənə təvəkkül edərək, ona əməl edim?”.

Sonra Allahın izni ilə Misir adını o vərəqdə yaz. Başqa vərəq götür və həmin duanı ora yaz və sonra Yəmənin adını yaz.

Sonra başqa kağıza yaz ki, heç bir şəhərə getməyim. Sonra bu vərəqləri cəmlə və bir-biri ilə qarışdır. Onu dostlarından birinə ver ki, onlardan birini götürsün. Hər nə çıxsa, Allaha təvəkkül et və ona əməl et””.

Həmçinin İmam Baqir (ə) buyurur: “Nə zaman İmam Səccad (ə) həcc və ya ümrəni, qul azad etməyi və ya almağı qəsd etsə idi, dəstəmaz alar və 2-rükətli istixarə namazı qılardı.

Həmin namazda “Həşr” və “Rəhman” surələrini oxuyardı. Namazdan sonra Allahdan 200 dəfə xeyir istəyərdi.

Sonra “Tövhid”, “Nas”, “Fələq” surələrini oxuyardı və buyurardı: “Allahım! Elə bir iş görməyi qəsd edirəm ki, Sən ona alimsən. Əgər onun din, dünyam və axirətim üçün xeyir olduğunu blirsənsə, mənim üçün təqdir et.

Əgər onun din, dünyam və axirətim üçün şər olduğunu bilirsənsə, məni ondan çəkindir. Pərvərdigara! Hidayət yolunu bizə əta et, istər onu bəyənək, istərsə də bəyənməyək.

“Bismilləhir-Rahmənir-Rahim”in yardımı ilə. Allah Təala nə istəsə, o olsun. O, mənə kifayət edər və necə də yaxşı vəkil olacaqdır”.

Sonra qərar verib, onu yerinə yetirərdi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930