İmam Zaman ağa (ə.f) möminlərin bir-birlərinə görə bağışlanma istəmələrini buyurmuşdur
Mьəllif: admin1
Tarix: 16-06-2020, 10:06
İmam Zaman ağa (ə.f) möminlərin bir-birlərinə görə bağışlanma istəmələrini buyurmuşdur
İmam Zaman ağa (ə.f) buyurur: “Əgər bir-biriniz üçün bağışlanma istəyi olmasaydı, bütün yer əhli həlak olardı”.

Hədisin şərhi.

İmam Zaman ağa (ə.f) bu nurani hədisdə Mehziyarın övladına tövsiyələr verir və Əhli-Beyt (ə) davamçılarını bir-birinə görə dua etməyə və istiğfar istəməyə həvəsləndirir.

Quran ayələrindən də belə bir nəticəyə gəlmək olur ki, iki şey yer üzünün amanda olmasına səbəb olar.

1. Həzrət Peyğəmbərin (s) varlığı. Allah Təala buyurur: “Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir”. (“Ənfal” 33).

2. İstiğfar. “Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir”. ((“Ənfal” 33).

Bu hədisdən iki nəticə çıxartmaq olar:

1. Günah dünyada olan zaman, insanın əzaba düçar olunmasına səbəb olar.

2. İstiğfar bağışlanmaya səbəb olar. Xüsusilə də əgər bir-birinizə görə olsa. (İslami saytlara istinadən)



Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31