Peyğəmbərimizin (s) 4 cür sükutu olardı
Müəllif: Admin
Tarix: 12-10-2019, 20:49
Peyğəmbərimizin (s) 4 cür sükutu olardı
Həzrət Peyğəmbərin (s) sükutunun səbəbləri nə idi?

İmam Hüseyn (ə) buyurur: “(Atamdan) o Həzrətin sükutu barəsində soruşdum, buyurdu: Peyğəmbərin (s) sükutu dörd cür olardı:

1. Mülayimlik.

2. Çəkinmək.

3. Təqdir.

4. Təfəkkür üçün.

Mülayimlik və səbirdəki sükutu bu idi ki, heç bir şey Həzrəti qəzəbləndirməzdi.

Çəkinməkdəki sükutu dörd şeyə görə olardı:

1. O yerdə ki, istəyərdi işin ən yaxşı formasını tapsın ki, insanlar da həmin işdə ona iqtida etsinlər.

2. O yerdə ki, danışmaq qəbahətli olardı və istəyirdi ki, qarşı tərəfə də öyrətsin ki, ondan çəkinsin.

3. O yerdə ki, istəyirdi ümmətinin faydasına mütaliə və təfəkkür etsin.

4. O yerdə ki, istəyirdi elə bir işə əl atsın ki, dünya və axirətin xeyiri onda idi.

Təqdirə görə sükutu bu idi ki, bütün insanları bir gözlə görmək və hamısının sözünə eyni cür qulaq asmaq istəyirdi.

Təfəkkürdə sükutu isə belə idi ki, nələrin qalıcı və nələrin fani olması barəsində düşünərdi”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031