İmam Hadi (ə) öz ordusunu xəlifəyə necə göstərdi?
Müəllif: Admin
Tarix: 10-03-2019, 10:42
İmam Hadi (ə) öz ordusunu xəlifəyə necə göstərdi?
Qətəb Ravəndi nəql edir: “Mütəvəkkil öz ordusuna əmr verir ki, Samirranın ətrafında olan 90 min əsgər öz atlarını qırmızı güllərlə doldursun və geniş küçələrdə bir-birinin üzərinə səpsinlər.

Xəlifənin bu əmrini yerinə yetirdilər və bu zaman xəlifə ordunun başında dayandı və İmam Hadini (ə) çağırmaqlarını əmr etdi. Niyyəti öz ordusunun əzəmətini İmama (ə) göstərmək idi. Çünki İmamdan (ə) qorxusu var idi və qorxurdu ki, İmam (ə) birdən qiyam edər.

Üzünü İmam Hadiyə (ə) çevirib, dedi: “Sizi bura çağırmışam ki, mənim ordumu müşahidə edəsiniz”.

Həzrət (ə) buyurdu: “İstəyirsənmi ki, mən də öz ordumu sənə göstərim?”.

Dedi: “Bəli”.

İmam (ə) dua etdi və buyurdu: “Bax!”.

Xəlifə göyə baxdı və gördü ki, göylə yer arasında şərqdən qərbə qədər mələklər silanlamış halda dayanıblar. Xəlifə bu mənzərəni görəndə huşdan getdi.

O zaman ki, özünə gəldi, İmam (ə) buyurdu: “Bizim sizin dünyanızla işimiz yoxdur, biz axirət aləmi ilə məşğuluq. Məndən güman etdiyin qorxu sənə yoxdur”.

İmam (ə) demək istəyirdi ki, əgər mənim qiyam etməyimdən qorxursansa, bu qorxunu aradan qaldır, mənim belə bir fikrim yoxdur.


Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031