Rəcəb ayı Qüdsi hədislərdə
Müəllif: Admin
Tarix: 11-03-2019, 15:28
Rəcəb ayı Qüdsi hədislərdə
Bilmək lazımdır ki, Rəcəb, Şəban və Ramazan ayları şərəf və üstünlükdə başqa aylardan tamamilə fərqlənir və bu ayların fəzilət və üstünlüyü kamildir. Onların fəziləti barədə saysız-hesabsız hədislər vardır.

Peyğəmbərimiz buyurmuşdur ki “Rəcəb ayı, Allahın böyük ayıdır, heç bir ay ehtiram və fəzilətdə ona çatmaz. Bu ayda müharibə etmək haramdır. Rəcəb Allah ayı, Şəban mənim ayım və Ramazan ayı ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutarsa, uca Allahın razılığını qazanmış, Allahın qəzəbi ondan uzaqlaşmış, cəhənnnəm qapılarından biri onun üzünə bağlanmışdır”.

Rəcəb ayı ümmətin istiğfar-bağışlanmaq istəmək- ayıdır. Buna görə də bu ayda bacardığımız qədər Allahdan bağışlanmaq istəməliyik. Allah bağışlayan və mehribandır. Rəcəb ayına “əsəbb” deyilir. Ona görə ki, Allahın rəhməti bu ayda ümmətə yağmaqdadır.

Rəcəb Allahın ayı olduğu üçün hədisi-Qüdsiyə nəzər salaq. Hikmət və mərhəmət sahibi olan Allah buyurur:

“Mən bu ayı (rəcəb) özümlə bəndəm arasında bir ip kimi yaratmışam ki mənə çatmaq istəyən ona yapışsın”

Daha bir Qüdsi hədisdə Allahın rəcəb ayı barədə buyuruğu belə gəlibdir:

“ Bu ay mənim ayım, bəndə mənim bəndəm, mərhəmət də mənim mərhəmətimdir. Bu ayda məni çağırana cavab verib, məndən bir şey istəyənə də əta edəcəyəm”

(Külliyyat Əhadis-Qüdsi)



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031