Sevgini bəyan etməyin ailədə təsirləri
Mьəllif: admin1
Tarix: 28-01-2022, 21:22
Sevgini bəyan etməyin ailədə təsirləri
Əhli-Beytdən (ə) gələn hədislərdə oxuyuruq ki, əgər insan bilsə ki, Allah onu sevir, o da Allahı daha çox sevər. Əgər bilsək ki, Peyğəmbərin (s) və pak Əhli-Beytinin (ə) bizə xüsusi inayəti vardır, bizim də qəlbimizdə itrət sevgisi çox olar.

Allah Təala Qurani-Kərimdə bəndələrinə olan sevgisini dəfələrlə bəyan etmişdir. Allah Təala buyurur: “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər.

(Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”.
(“Maidə” 54).

Bundan başqa, Allah Təala buyurur ki, təqva əhlini, sabirləri, tövbə edənləri, saleh əməl sahiblərini, təvəkkül edənləri, ədalətli olanları, paklıq axtaranları çox sevir.
İmam Əlidən (ə) soruşurlar: “Ey Əli! Necəsiniz?”. Buyurur: “Dostlarımın sevəni və düşmənlərimin düşməniyəm”.

İmam Sadiq (ə) buyurur: “Əgər kiməsə rəğbətin və sevgin vardırsa, onu agah et”.

Hədislərin birində oxuyuruq ki, bir kişi məscidin önündən keçirdi və İmam Baqir (ə) ilə İmam Sadiq (ə) orada əyləşmişdilər. İmam Baqirin (ə) səhabələrindən biri deyir: “Allaha and olsun ki, mən bu insanı sevirəm”.

İmam (ə) buyurur: “Ona xəbər ver, çünki bu xəbər verməyin həm dostluğu möhkəm edər və həm də ülfət yaratmaqda yaxşıdır”.


Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kim din qardaşını çox istəsə, ona elan etsin”.

Ailə həyatı sevgi və ülfət üzərində qurular. Əgər sevgi olmazsa, həyat yanar cəhənnəmə çevrilər. Soyuq və ruhsuz bir mühit olar. Bəzən “səni sevirəm” kəlməsini demək məhəbbət şöləsini alovlandırar və ailə həyatına ruh verər.

Ailə həyatında sevgini bəyan etmək – istər həyat yoldaşları arasında olsun, istər ata və anaya olsun – həmin evi behiştə çevirər.

O evdə ki, sevgi dolu sözlər eşidilmir – o ev cəhənnəmə bənzəyər. Əgər uşaq öz valideyni tərəfindən sevgi dolu sözlər eşitməzsə, kompleksli böyüyər və sevgi hissləri zəif olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin öz həyat yoldaşına “səni sevirəm” deməsi həyat yoldaşının ürəyindən heç bir zaman çıxmaz”.

Bu cümlə qısa olsa da, bir dünya təsiri vardır və məhəbbət gətirər. Bu cümləni öz qohumlarına, ailə üzvlərinə deməyə paxıllıq edən insanlar onun gözəl nəticələrindən qafildirlər.

Sevgini ancaq dillə söyləməklə bitməz, bəzən hörmət etmək, nəvaziş göstərmək. hədiyyə almaq məhəbbətin başqa nişanələrindən ola bilər.

Xoşbəxt ictimai həyat bu nemətini sevgi və məhəbbətə bocludur. O zaman ki, kimisə sevirik – istər övladımız olsun, istər valideynlərimiz, istər həyat yoldaşımız, bacımız, qardaşımız və ya başqa insanlar – onlara bu sevgini hiss etdirək və dilə gətirək.

Başqalarına sevgini bəyan etmək bir hünərdir ki, insana ictimai ədəbi öyrədər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930