Mütəal Allahın nəzər edəcəyi sima
Mьəllif: admin1
Tarix: 28-01-2022, 21:24
Mütəal Allahın nəzər edəcəyi sima
Cumada-Saniyə ayı bitməkdədir. Qarşıda Rəcəb, Şaban və Ramazanın olduğu mənəvi 3 aylıq gəlir. Bu aylarda mənəviyyatını saflaşdırmayan insan digər aylarda bu işi çətinliklə həyata keçirəcəkdir.

Yəni bu 3 ayda yer alan mənəvi fürsətlər, tövbə və bağışlanmaq üçün imkanlar digər aylarda yoxdur və ya digər aylardan çoxdur.

Mütəal Allah bəndəni əfv etmək üçün ondan baş verəcək hər bir istəyi və addımı gözləyir. Gözləyir ki bəndə bir addım atsın ki O, da bəndəsinə sarı 10 addım atsın.

Bir sözlə Allah insanı bağışlamaq üçün ondan bir istək və ya bir bəhanənin olmasını gözləyir və istəyir. Allahın, bəndəsi Onun qapısına gedib, Ona ağız açıb, ahu-zar edəndə xoşuna gəlir və mahaldır ki bəndəsini əli boş qaytarsın.

Allahın Elçisi Məhəmməd Peyğəmbər Həzrət Əliyə tövsiyələrində buyurur:

“Ya Əli! Xoş olsun o simanın və o üzün halına ki Allah ona nəzər edə! O sima ki bir günaha görə ağlaya və bu günahdan Allahdan başqa heç kimsə xəbərdar olmaya.”

(Tuhəful-Üqul, Vəsaya ən-Nəbiyy)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930