Üveys Qərani Həzrət Peyğəmbərlə (s) niyə görüşməmişdir?
Müəllif: admin1
Tarix: 21-03-2022, 11:33
Üveys Qərani Həzrət Peyğəmbərlə (s) niyə görüşməmişdir?
Üveys Qərani Peyğəmbərin (s) nadir yoldaşlarından idi ki, zahidlik və təqvada çox uca məqama malik idi. Dini dirçəltmək və Əli (ə) vilayətini bərpa etmək yolunda çoxlu səylərdən sonra Siffeyn döyüşündə şəhid olmuşdur.

O zaman ki, Üveys Yəməndə idi, dəvələrə baxırdı. Qoca anası vardı ki, ona qulluq edirdi. Peyğəmbərə (s) olan şiddətli sevgisinə baxmayaraq, Həzrəti (s) yaxından ziyarət etməyə müvəffəq ola bilməmişdi. Günlərin birində Həzrətə (s) olan sevgisi gücləndi və anasından Hicaza getmək üçün icazə aldı. Anası ona dedi: “Oğlum, Həzrətin (s) görüşünə get. Əgər Peyğəmbər (s) Mədinədə olmasa, yarım gündən çox orada qalma”.

Üveys böyük zəhmətlə Yəməndən Mədinəyə gəlib çıxır, ancaq eşidir ki, Peyğəmbər (s) Mədinədə yoxdur. Yarım gündən çox fürsəti olmadığına görə, Mədinədə olan müsəlmanlara deyir ki, mənim salamımı Həzrətə (s) çatdırın. Deyin ki, Üveys adlı bir nəfər Yəməndən onu ziyarət etmək üçün gəlmişdi. Anasından icazəsi olmadığına görə vətəninə geri qayıtdı.

Bir müddət sonra Peyğəmbər (s) evinə qayıdır. Həzrət (s) buyurur: “Qəran məntəqəsindən behişt mehi əsir. Ah, necə də səninlə görüşməyə müştaqam. Ey Üveys Qərani! (Ey müsəlmanlar) hər kim onu görsə, mənim salamımı ona çatdırsın!”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930