Qızdırma üçün dua
Mьəllif: admin1
Tarix: 24-03-2017, 09:58
Qızdırma üçün dua
Ərəbcə


اللَّهُمَّ ارْحَمْ جِلْدِيَ الرَّقيقَ، وَ عَظْمِيَ الدَّقيقَ وَ اَعُوذُ بِكَ مِنْ فَوْرَةِ الْحَريقِ يَا اُمَ مِلْدَمٍ اِنْ كُنْتِ آمَنْتِ بِاللهِ، فَلا تَاْكُليِ اللَّحْمَ وَلاتَشْرَبيِ الدَّمَ وَلاتَفُوري مِنَ الْفَمِ وَانْتَقِلي اِلَى مَنْ يَزعَمُ اَنَّ مَعَ اللهِ اِلَهاً آخَرَ فَاِنّي اَشْهَدُ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ وَحْدَهُ لاشَريكَ، لَهُ وَاَشْهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ
بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، لاتَخَفْ اِنَّكَ اَنْتَ الاَعْلَى
بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، لاتَخَفْ نَجْوَتَ مِنَ الْقَوْمِ الظَّالِمينَ
بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّ حيمِ، اَلا لَهُ الْخَلْقُ وَ الاَمْرُ، تَبَارَكَ اللهُ رَبُ الْعَالَمينَ
اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِعِزَّتِكَ وَ قُدْرَتِكَ وَ سُلْطَانِكَ، وَ مَا اَحَاطَ بِهِ عِلْمُكَ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ لا تُسَلِّطَ عَلَى فُلانِ بْنِ فُلانٍ شَيْئاً مِمَّا خَلَقْتَ بِسُـوءٍ وَارْحَمْ جِلْدَهُ الرَّقيقَ، وَ عَظْمَهُ الدَّقيقَ مِنْ فَوْرَةِ الْحَريقِ، اُخْرُجي يَا اُمَ مِلْدَمٍ، يَا آكِلَةَ اللَّحْمِ، وَ شَارِبَةَ الدَّمِ، حَرَّهَا و بَرْدَهَا مِنْ جَهَنَّمَ، اِنْ كُنْتِ آمَنْتِ بِاللهِ الاَعْظَمِ اَنْ لا تَاْكُلي لِفُلانِ بنِ فُلانة لَحْماً، وَ لا تُمَصّي لَهُ دَماً، وَ لا تَنْهُكِي لَهُ عَظْماً، وَ لا تُثَوِّري عَلَيْهِ غَمّاً، وَ لا تُهَيِّجي عَلَيْهِ صُدَاعاً، وَ انْتَقِلي عَنْ شَعْرِهِ وَ بَشَرِهِ وَ لَحْمِهِ وَ دَمِهِ، اِلَى مَنْ زَعَمَ اَنَّ مَعَ اللهِ اِلهاً آخَرَ، لا اِلَهَ اِلاَّ هُوَ سُبْحَانَهُ وَ تَعَالَى عَمَّا يُشْرِكُونَ
بسم الله الرحمن الرحيم
الحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِين. الرَّحْمَانِ الرَّحِيمِ. مَالِكِ يَومِ الدِّينِ. اِيَّاكَ نَعْبُدُ وَ ايّاكَ نَسْتَعِينَ . أِهْدِنَا الصِّرَاطَ المُسْتِقِيمَ. صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِم غَيْرِ المَغْضُوبِ عَلَيْهِم وَ لا الضَّالِّينَ
بِسْمِ اللهِ وَ بِاللهِ اَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ كُلِّهَا، الَّتي لايُجَاوِزُهُنَّ بَرٌّ وَلا فَاجِرٌ، مِنْ شَرِّ مَا خَلَقَ وَ ذَرَءَ وَ بَرَءَ وَ مِنْ شَرِّ الْهَامَّةِ وَ السَّامَّةِ وَالْعَامَّةِ وَاللاّمَّةِ، وَ مِنْ شَرِّ طَوَارِقِ اللَّيْلِ وَ النَّهَارِ، وَ مِنْ شَرِّ فُسَّاقِ الْعَرَبِ وَالْعَجَمِ، وَ مِنْ شَرِّ فَسَقَةِ الْجِنِّ وَالاِْنْسِ، وَ مِنْ شَرِّ الشَّيْطَانِ وَ شَرَكِهِ، وَ مِنْ شَرِّ كُلِّ ذي شَرٍّ، وَ مِنْ شَرٍّ كُلِّ دَابَّةٍ هُوَ آخِذٌ بِنَاصِيَتِهَا، اِنَّ رَبّي عَلَى صِرَاطٍ مُسْتَقيمٍ، رَبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَ اِلَيْكَ اَنَبْنَا وَ اِلَيْكَ الْمَصيرُ، يَا نَارُ كُوني بَرْداً وَ سَلاماً عَلَى اِبْرهيمَ، وَ اَرَادُوا بِهِ كَيْداً فَجَعَلْنَاهُم الاَخْسَرينَ بَرْداً وَ سَلاماً عَلَى فُلانِ بْنِ فُلانةَ،
رَبَّنَا لاتُؤَاخِذْنَا اِنْ نَسينَا اَوْ اَخْطَاْنَا..
حَسْبِيَ اللهُ لا اِلَهَ اِلاََّ هُوَ، فَاتَّخِذْهُ وَكيلاً، وَ تَوَكَّلْ عَلَي الْحَيِ الَّذي لا يَمُوتُ، وَ سَبِّحْ بِحَمْدِهِ، وَ كَفَى بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبيراً بَصيراً، لا اِلَهَ اِلاََّ اللهُ، وَحْدَهُ لا شَريكَ، لَهُ صَدَقَ وَعْدَهُ، وَ نَصَرَ عَبْدَهُ، وَ هَزَمَ الاَحْزَابَ وَحْدَهُ، مَاشَاءَ اللهُ لاقُوَّةَ اِلاََّ بِاللهِ كَتَبَ اللهُ، لاََغْلِبَنَ اَنَا وَ رُسُلي اِنَّ اللهَ قَوِيٌ عَزيزٌ، اِنَّ حِزْبَ اللهِ هُمُ الْغَالِبُونَ، وَ مَنْ يَعْتَصِمْ بِاللهِ فَقَدْ هُدِيَ اِلَى صِرَاطٍ مُسْتَقيمٍ، وَ صَلَّي اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبينَ الطَّاهِرينَ
عَقَدْتُ بِاِذْنِ اللهِ
شَدَدْتُبِاِذْنِ اللهِ
سَكَنْتُ بِاِذْنِ اللهِ


Oxunuşu


Əllahummərhəm cildiyər rə-qiq, və əzmiyəd dəqiqə və əuzu bikə min fəvrətil həriq, ya um-mə mildəmin in kunti amənti billah, fəla tə`kulil ləhmə və təşrəbid dəm, və la təfuri minəl fəm, vəntəqili ila mən yəz`əmu ənnə məəllahi ilahən axər, fəinni əşhədu ən la ilahə illəl-lahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əb-duhu və rəsuluh.
Bismillahir rəhmanir rəhim, la təxəf innəkə əntəl ə`la.
Bismillahir rəhmanir rəhim, la təxəf nəcəvtə minəl qəvmiz zalimin.
Bismillahir rəhmanir rəhim, əla ləhul həqqu vəl əmru təbarəkəllahu rəbbəl aləmin.
Əllahummə inni əs`əlukə biizzətikə və qudrətikə və sul-tanik, və ma əhatə bihi ilmuk, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən la tusəllitə əla fulanibni fulan şəy`ən mimma xələqtə bisuin vərhəm cildəhur rəqiq, və əzməhud dəqiqə min fəvrətil həriq, uxruci ya ummə mildəm, ya akilətəl ləhmi və şaribətəd dəm, hərrəha və bərdəha min cəhənnəm, in kunti amənti billahil ə`zəmi ən la tə`kuli li fulanibni fulanəti ləhma, və la tuməssi ləhu dəmən və la tən-huki ləhu əzma, və la tusəvviri ələyhi ğəmma, və tuhəyyici ələyhi sudaa, vəntəqili ən şə`rihi və bəşərihi və ləhmihi və dəmih, ila mən zəəmə ənnə məəllahi ilahən axər, la ilahə illa huvə subhanəhu və təala əmma yuşrikun.
Bismillahir rəhmanir rəhim, əlhəmdu lillahi rəbbil aləmin, ər rəhmanir rəhim, maliki yəvmid din, iyyakə nə`budu və iyyakə nəstəin, ihdinəs siratəl mustəqim, siratəlləzinə ən`əm-tə ələyhim ğəyril məğzubi ələyhim vələz zallin.
Bismillahi və billah, əuzu bikəlimatillahit tammati kulli-ha, əlləti la yucavizuhunnə bərrun və la facir, min şərri ma xələqə və zərəə və bərə, və min şərril hamməti vəs sammə-ti vəl amməti vəl lamməh, və min şərri təvariqil ləyli vən nəhar, və min şərri fussaqil ərəbi vəl əcəm, və min şərri fəsəqətil cinni vəl ins, və min şərriş şəytani və şərəkih, və min şərri kulli zi şərr, və min şərri kulli dabbətin huvə axizun binasiyətiha, innə rəbbi əla siratin mustəqim, rəbbəna ələykə təvəkkəlna və iləykə ənəbna və iləykəl məsir, ya naru kuni bərdən və səlamən əla İbrahim, və və əradu bihi kəyda, fəcəəlnahumul əxsərinə bərdən və səlama, əla fulanibni fulanəh
Rəbbəna la tuaxizna in nəsina əv əxtə`na...
Həsbiyəllahu la ilahə illa hu, fəttəxizhu vəkila, və təvəkkəl ələl həyyilləzi la yəmut, və səbbih bihəmdih, və kəfa bihi bizunubi ibadihi xəbirən bəsira, la ilahə illəllahu vəhdəhu la şərikə ləh, sədəquə və`dəhu və nəsərə əbdəh, və həzəməl əhza-bə vəhdəh, ma şaəllahu la quv-vətə illa billah, kətəbəllahu ləəğlibənnə ənə və rusuli innəl-lahə qəviyyun əziz, innə hizbəl-lahi humul ğalibun, və mən yə`-təsim billahi fəqəd hudiyə ila siratin mustəqim, və səlləllahu əla Muhəmmədin və alihit təyyibinət tahirin.
Əqədtu biiznillah.
Şədədtu biiznillah.
Səkəntu biiznillah.

Tərcüməsi


Həzrət Peyğəmbərin (s) Əmirəl-möminin Əliyə (ə) öyrətdiyi bu duanı oxuyun:
İlahi, nazik dəri və zəif sümüyümə rəhm et! Yandırıcı atəşdən Sənə pənah aparıram! Ey istilik (qızdırma), əgər sənin Allaha imanın varsa, onda, əti yemə, qanı içmə, ağızdan püskürmə və Allahla birgə başqa bir məbudun olduğunu güman edən şəxsə tərəf yönəl! Çünki mən şəhadət verirəm ki, həqiqətən, Allahdan başqa heç bir məbud yoxdur. O təkdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, həqiqətən, Məhəmməd Onun bəndəsi və rəsuludur.
2. Salman Farsinin həzrət Fatimə Zəhra əleyha salamdan nəql etdiyi "Nur” duasını həm sübh, həm də axşam çağı oxuyun. (Bu dua "Məfatih” kitabında qeyd olunmuşdur!)
3. Rəvayət olunmuşdur ki, imamlar qızdırmanı soyuq su ilə müalicə edirdilər, belə ki, bir parçanı su ilə isladıb, bədənə qoyurdular.
4. İmam Rzanın (ə) dəstixətti ilə belə yazılmışdır: Qızdırma üçünüç kağıza – birinci kağıza:
Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Qorxma ki, sən ucasan!
ikinci kağıza:
Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Qorxma! Sən zülmkar qövmdən nicat tapdın.
üçüncü kağıza:
Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Həqiqətən, xilqət və əmr Ona məxsusdur. Aləmlərin Rəbbi Allah böyükdür!
sözlərini yazsın. Sonra yazılmış hər bir kağıza üç dəfə "İxlas” surəsini oxusun və hər gün onun birini udsun. İnşaallah, sağalar!
5. Köynəyinin düymələrini açıb, başını onunla örtsün. Sonra azan və iqamə deyib, yeddi dəfə "Həmd” surəsini oxusun, inşaallah, qızdırması aradan gedər!
6. İmamlardan belə nəql olunmuşdur: Bu duanı bir dəriyə yazandan sonra zimmə əhlindən (qeyri-müsəlmanlardan olan müsəlman ölkəsində yaşayan), yaxud Allah düşmənlərindən birinin adını yazın və onun qızdırma xəstləliyinə tutulan şəxsin boynundan asın:
İlahi, Öz izzət, qüdrət, səltənət və elminin əhatə etdiklərinin xatirinə Səndən istəyir
əm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, yaratdıqlarından heç bir şeyi filankəs oğlu filankəsə pisliklə hakim etməyəsən, istiliyin şiddətindən onun nazik dərisi və zəif sümüyünə rəhm edəsən! Çıx, ey qızdırma, ey əti yeyən və qanı içən! Onun (qızdırmanın) istilik və soyuqluğu cəhənnəmdəndir. Əgər sənin böyük Allaha imanın varsa, onda, filankəs oğlu filankəsin ətini yeməməli, qanını içməməli, sümüyünü zəiflətməməli, ona qəm-qüssəni hakim etməməli və başağrısını oyatmamalısan! Onun tükü, bədəni, əti və qanından çıxaraq Allahla birgə başqa bir məbudun olduğunu güman edən şəxsə tərəf yönəl! Allahdan başqa heç bir məbud yoxdur. O, bütün eyiblərdən pak və şərik qoşulanlardan olduqca ucadır.
7. Qızdırma xəstəliyinə tutulan şəxs üçün "Həmd” surəsini və aşağıda qeyd olacaq duanı yazıb, onun sağ qoluna bağlayın:
Bağışlayan və mehriban Allahın adı ilə! Həmd və sitayiş aləmlərin Rəbbi olan Allaha məxsusdur. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha. Cəza gününün sahib və hökmdarına. (İlahi!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola hidayət et! (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
Allahın adı və Allahın köməyi ilə! Allahın yaratdıqları və vücuda gətirdiklərinin şərindən, sürünən və çalan heyvanların, onların hamısının və pis niyyətin şərindən, gecə-gündüzün nagahan hadisələrinin şərindən, ərəb və qeyri-ərəb fasiqlərinin şərindən, cin və insanlardan olan fasiqlərin şərindən, şeytan və onun qurğusunun şərindən, hər bir şər sahibinin şərindən və ixtiyarı Öz əlində olan bütün heyvanların (canlıların) şərindən xeyirxah və günahkar insanların keçmədiyi Onun bitkin sözlərinə pənah aparıram! Həqiqətən, mənim Rəbbim doğru yoldadır. Ey Rəbbim, Sənə təvəkkül edir, Sənə doğru qayıdıram və dönüş yeri Sənədir. Ey od, İbrahimə sərin və zərərsiz ol! Onun barəsində hiylə düşündülər. Lakin Biz onları daha çox ziyana uğratdıq. Filankəs oğlu filankəsə sərin və zərərsiz ol!
Burada fulanibni fulanəh sözünün yerinə qızdırması olan şəxsin adını və anasının adını yazsın. Daha sonra belə yazsın:
Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!...
Surənin axırına qədər.
ِAllah mənə yetər. Ondan başqa heç bir tanrı yoxdur. (Özünə) ancaq Onu vəkil et! (Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) təvəkkül et və Onu həmd-səna ilə təqdis et. (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması kifayət edər. Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. Onun vədi doğrudur. O, bəndəsinə yardım və (müxalif) dəstələri məğlub etdi. Yalnız Allahın istədiyi yerinə yetirilər. Allahdan başqa qüdrət yoxdur. Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət və qüdrət sahibidir! Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın ordusudur. Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir. Allahın salamı olsun Məhəmməd və onu pak-pakizə Əhli-beytinə!
8. Şəkərdən hazırlanmış nabatı üç yerə bölün, onun birinə
Allahın iznilə bağladım.
ikincisinə
Allahın iznilə möhkəmlətdim.
üçüncüsünə isə
Allahın iznilə sakitləşdirdim.
sözlərini yazın və hər gün sübh vaxtı onun birini yeyin.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930