Şeytanla ən çox danışan Peyğəmbər, İblis sonda niyə ümidini ondan kəsdi?
![]() Hədislərdən belə məlum olur ki, şeytan daha çox Yəhya ibni Zəkəriyya ilə danışıb. Bir dəfə Yəhya ona dedi: Ey Əba-Mərra (şeytanın ləqəblərindən biri) səndən bir şeyi soruşmaq istəyirəm. Şeytan soruş dedi. Yəhya buyurdu: İstəyirəm ki insanları şikar etmək üçün istifadə etdiyin tələləri mənə göstərəsən. İblis Yəhya Peyğəmbərə sabah bunu deyəcəyini dedi. Sabahı gün o meymun sifətində, donuz bədənində və uzun gözlərlə peyda oldu. Yəhya ona dedi: Sənin gözünün nuru nədir? Cavab verdi: (napak) qadın, onlar mənim tələlərimdir. Saleh insanların lənət və nifrini mənə ağırlıq edəndə onların yanına gedirəm. Yəhya ondan soruşdu: Heç mənə qalib gəlmisənmi? Şeytan dedi: Yox, amma səndə bir xislət var ki mən onu xoşlayıram. Yəhya dedi: O nədir? Cavab verdi: Sən biraz çox yeyirsən. İftar edəndə yeyib, doyursan və gecə namazlarından qalırsan. Yəhya buyurdu: Allahla əhd bağlayıram ki, bundan sonra qarnı dolu onunla mülaqat etməyəcəyəm (qarnımi tam doldurmayacağam və bu halda ona ibadət etməyəcəyəm). (əl-Əmali Şeyx Tusi, səh-339) Oxşar xəbərlər
|